İlham Əliyev: "Regionun ən ağrılı problemi hələ də həll olunmayıb”

09:11 | 15.05.2015
İlham Əliyev:

İlham Əliyev: "Regionun ən ağrılı problemi hələ də həll olunmayıb”

"Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

"Regionun ən ağrılı problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunub. Ermənistanın məqsədyönlü etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev  ötən gün Vyetnam prezidenti Çıonq Tan Şanqın şərəfinə təşkil edilmiş rəsmi qəbulda çıxışı zamanı deyib.    

Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsinin, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların oxşar qərar və qətnamələrinin olduğunu bir daha xatırladıb:  "Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul edib. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti