İlham Əliyev rusiyalı kinorejissoru qəbul etdi

16:35 | 01.04.2015
İlham Əliyev rusiyalı kinorejissoru qəbul etdi

İlham Əliyev rusiyalı kinorejissoru qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.

APA-nın məlumatına görə, N. Mixalkov Azərbaycana səfərindən dərin məmnunluq hissi keçirdiyini bildirib.

Bakıda misli görünməmiş inkişafın şahidi olduğunu vurğulayan kinorejissor filmlərindən birinin epizodunun Bakıda çəkildiyini məmnunluqla xatırlayıb. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Nikita Mixalkov Heydər Əliyevin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlərin önəmini vurğulayaraq onun Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyin qurulması və möhkəmləndirilməsindəki rolunu xüsusi qeyd edib.

Prezident İ.Əliyev isə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı kinorejissor N. Mixalkovun Azərbaycana səfərinin ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirib. İ. Əliyev ölkəmizdə mədəniyyətin, o cümlədən kinematoqrafiyanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması istiqamətində ardıcıl işlər aparıldığını da qeyd edib.

Görüşdə ölkələrimiz arasında mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra N. Mixalkov prezident İ. Əliyevə xatirə hədiyyəsi təqdim edib.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM