İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul etdi

17:21 | 13.10.2014
İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul etdi

İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul etdi

Rusiya və Azərbaycan arasında bütün səviyyələrədə işgüzar əlaqələr qurulub, bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi əməkdaşlıq üzrə yaxşı dinamikamız var.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib, Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir.“Bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi sahədə dinamikamız yaxşıdır”, - deyə, prezident bildirib.Qarşıdakı danışıqlardan bəhs edən Şoyqu “bizim üçün Xəzərlə bağlı olan hər bir şeyin vacib olduğunu” qeyd edib.Onun sözlərinə görə, iki ölkənin hərbi-texniki əməkdaşlığı dinamik inkişaf edir, Azərbaycan müasir silah alır.“Danışıqlarımızın gündəliyi onların münasibətlərimizə yeni dinamika verəcəyinə ümid doğurur”, - deyə, rusiyalı nazir bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM