İlham Əliyev sərəncam imzaladı - 3 milyon manat ayrıldı

16:49 | 15.04.2019
Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinə vəsait ayrılması üçün sərəncam imzalayıb. 

Anews.az-ın məlumatına görə, həmin işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.


www.anews.az
loading...