İlham Əliyev Serj Sarkisyanı nakauta saldı

10:01 | 21.09.2017
İlham Əliyev Serj Sarkisyanı nakauta saldı

İlham Əliyev Serj Sarkisyanı nakauta saldı

İlham Əliyev Serj Sarkisyanı nakauta saldı.

Ermənistan artıq 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bu barədə BMT Baş Assambleyasının iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"1 milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqındır. Xocalı soyqırımı isə artıq rəsmi şəkildə çox ölkələr tərəfindən qəbul edilib”, - deyə İlham Əliyev bildirib.

Onun Baş Assambleyadakı çıxışı və həmçinin ABŞ prezidenti Donald Trampla görüşü Ermənistanın siyasi elitasında şok effekti yaradıb. İş o yerə çatıb ki, yerli curnalitlərin suallarına cavab verən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən qəbul edilmir.

Belə çıxır ki, bu Şarmazanov öz prezidenti Serj Sarkisyanla birlikd gizli şəkildə Bakıya gəliblər və erməni kilsəsinin ətrafında sorğu keçiriblər.  Yəni öz jurnalistika fəaliyyətim dövründə bundan axmaq cavab eşitməmişəm. 

Azərbaycan xalqı öz siyasi orientasiyasından asılı olmayaraq işğal edilmiş torpaqlar məsələsində  həmişə öz prezidentini dəstəkləyir. Ermənistan rəhbərliyi cəhd edir ki, hansısa bəyanatlar və dedi-qodu yolu ilə hansısa uydurma «Böyük Ermənistan» torpaqlarını geri qaytarmağa çalışdıqlarına erməniləri inandıra bilsin. Bununla da Serj Sarkisyan çalışır ki, öz laxlamış nüfuzunu birtəhər bərpa etsin. Elə məhz buna görə də Serj Sarkisyan Baş Assambelyada yalvarırdı ki, heç olmazsa kimsə Qarabağın işğal edilmiş torpaqlarında qurduqları qondarma recimin müstəqilliyini tanısın.

Ancaq İlham Əliyevin Donald Trampla görüşünə gəldikdə isə, bu, Ermənistan siyasəti üçün gerçək nakautdur. Rəsmi İərvan ABŞ prezidenti ilə görüşməyə çox can atırdı. Sayı Ermənistan əhalisindən çox olan iri erməni diasporu bu məsələdə xüsusilə ona yardım etmək istəyirdi. Amma alınmadı, Tramp ermənilərlə görüşmək istəmədi.
 
Biz hələ ki, ABŞ və Azərbaycan prezidentlərinin görüşünün təfərrüatlarını bilmirik. Amma əminik ki, söhbət bizim ölkə üçün çox faydalıdır. Biz İlham Əliyev və Donald Trampın görüşünün fotosunu dərc edirik. Bu fotonu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yayıb. Görüşdə Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva və ABŞ-ın birinci xanımı Melani Tramp da iştirak edib.
 
Mais Məmmədov
İstipres




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM