İlham Əliyev sinqapurlu həmkarına başsağlığı məktubu göndərdi

17:14 | 23.03.2015
İlham Əliyev sinqapurlu həmkarına başsağlığı məktubu göndərdi

İlham Əliyev sinqapurlu həmkarına başsağlığı məktubu göndərdi

Azərbaycan prezidenti İlham Əliyev Sinqapur prezidenti Toni Tan Kenq Yama başsağlığı məktubu göndərib.
 
APA-nın məlumatına görə, məktubda deyilir: "Sinqapur Respublikasının birinci baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
 
Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
 
Qeyd edək ki, "Sinqapur iqtisadi möcüzəsi”nin banisi, ilk baş nazir Li Kuan Yu 91 yaşında vəfat edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM