İlham Əliyev Sumqayıtda açılışda iştirak edib

12:27 | 25.02.2014
İlham Əliyev Sumqayıtda açılışda iştirak edib

İlham Əliyev Sumqayıtda açılışda iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Sumqayıt şəhərində səfərdə olub.APA-nın məlumatına görə, əvvəlcə dövlət başçısı şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident İlham Əliyev “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılmış Azərbaycan kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin açılışlarında iştirak edib, müəssisələrin kollektivi ilə görüşüb. Sonra prezident mis emalı zavodunun açılışında iştirak edib, habelə Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM