ANN.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, nazir Nihad Zeybekçi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, ikitərəfli əlaqələrin siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, infrastruktur, müasir sənaye parklarının yaradılması, ticarət, kənd təsərrüfatı və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !