İlham Əliyev: “Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik”

21:58 | 03.09.2014
İlham Əliyev: “Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik”

İlham Əliyev: “Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik”

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən sentyabrın 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.APA-nın məlumatına görə, Azərbaycan prezidenti çıxışında, bu rəsmi səfərin Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafına çox böyük dəstək olacağını və iki ölkə arasında münasibətlərə böyük təkan verəcəyinə əmin olduğunu bildirib : “Biz Azərbaycanda Türkiyəni çox sevirik. Azərbaycanda elə bir insan tapılmaz ki, Türkiyəni öz doğma vətəni kimi sevməsin. Ona görə biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik”. İlham Əliyev qeyd edib ki, son 11 il ərzində Türkiyə çox böyük və şərəfi yol keçıb: “Biz hamımız yaxşı bilirik ki, əziz qardaşım hakimiyyətə gələnə qədər Türkiyənin vəziyyəti o qədər də ürəkaçan deyildi. İqtisadi, siyasi böhran yaşanırdı, Türkiyə böyük borc içində idi, beynəlxalq maliyyə qurumları müəyyən dərəcədə öz iradəsini ortaya qoyurdular, diktə edirdilər. Rəcəb Tayyib Ərdoğanın sayəsində, onun fəaliyyəti nəticəsində iqtisadiyyatda bütün xoşagəlməz hallara son qoyulmuşdur və Türkiyə inamla inkişaf etməyə başlamışdır. Bu gün iqtisadi inkişaf baxımından Türkiyə ön sıralardadır. Bir neçə il bundan əvvəl dünyanı, Avropanı böhran bürümüşdü – iqtisadi, maliyyə böhranı. Bu böhran Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyə hökuməti xalq tərəfindən dəstəklənən düşünülmüş iqtisadi siyasət aparmışdı. Türkiyə bu illərdə “Böyük 20-lər”in üzvünə çevrilib. Bu, tarixi nailiyyətdir. Türkiyə dünyanın aparıcı ölkələrini birləşdirən klubda ön sıralardadır. Bu da, göydəndüşmə deyil. Bu, gündəlik fəal işlərin nəticəsidir. Bu gün Türkiyənin xarici siyasətlə bağlı uğurları göz qabağındadır. Türkiyə indi nəinki bölgədə, eyni zamanda, dünyada gedən proseslərə öz təsirini göstərir, dünya miqyasında bir gücə çevrilib. Əlbəttə ki, bütün bu işlərin görülməsində birinci rolu mənim əziz qardaşım prezident Rəcəb Tayyib Ərdoğan və onun yardımçıları, komanda üzvləri oynayıb”. Azərbaycan prezidenti  11 il ərzində Rəcəb Tayyib Ərdoğan ilə  bərabər çalışdıqlarını vurğulayıb: “Çalışmışıq ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənsin. Halbuki bu dostluq, qardaşlıq o qədər möhkəmdir ki, bunu daha da möhkəmləndirmək o qədər də asan məsələ deyil. Ancaq biz çalışmışıq ki, tarixdən, əcdadlarımızdan gələn sifariş, bizə verilən vəsiyyət əsasında ölkələrimizin arasındakı birliyi daha da möhkəmləndirək. Son illərdə enerji, sərmayə, nəqliyyat layihələri və digər layihələr nəinki bizi bir-birimizə daha da sıx bağladı, eyni zamanda, bölgəyə çox müsbət təsir göstərdi. Çünki bizim bütün təşəbbüslərimiz - istər siyasi, istərsə də iqtisadi, enerji, nəqliyyat sahələrində təşəbbüslərimiz bölgəyə fayda gətirir. Bizimlə əməkdaşlıq edən ölkələr də bundan fayda götürür. Bizim siyasətimiz xoş niyyətlidir. Biz öz maraqlarımızı və əgər belə demək mümkündürsə, təsir dairəmizi əməkdaşlıq üzərində qururuq. Yəni, biz həmişə hazırıq ki, başqa ölkələrə kömək edək, öz yardım əlimizi uzadaq. Yəni, bu xoş niyyət bizi fərqləndirir. Son illər ərzində Türkiyə-Azərbaycan birliyi dünya miqyasında, ən azı regionda həlledici amilə çevrilib. Əminəm ki, biz bundan sonra da Türkiyə və Azərbaycan xalqlarının iradəsi ilə hələ çox işlər görəcəyik”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb