Zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların 25 nəfəri axtarışdadır- SƏFİR

16:14 | 08.02.2023
Zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların 25 nəfəri axtarışdadır- SƏFİR

Zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların 25 nəfəri axtarışdadır- SƏFİR

Hazırda zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların 25 nəfəri axtarışdadır. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.
 
Səfir bildirib ki, onların başlarına nəsə iş gəldiyi məlum deyil. Bəlkə də telefonlarını itiriblər, yaxud da telefonlarının enerjisi bitib. 
 
"Nəzərə almaq lazımdır ki, zəlzələ səbəbindən 4 hava limanı fəaliyyət göstərə bilmir. Bakıdan gələn humanitar yardımı belə qəbul edə bilmirik. Ona görə də quru yolla təxliyəni həyata keçirə bilirik. Onlar azərbaycanlıların təxliyə edildiyi avtobuslarda yemək və isti içkilərlə təmin olunurlar”, - səfir bildirib.
 
 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM