İlham Əliyev Vahid Ələkbərovla görüşdü

23:18 | 20.01.2016
İlham Əliyev Vahid Ələkbərovla görüşdü

İlham Əliyev Vahid Ələkbərovla görüşdü

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın "Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
 
 "Report"un məlumatına görə, görüşdə qeyd olunub ki, "Lukoil” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. Şirkət uğurla icra edilən "Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Lukoil” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.
 
Söhbət zamanı Azərbaycan ilə "Lukoil” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM