İlham Əliyev və xanımı seçkilərdə səs verdi

10:56 | 23.12.2014
İlham Əliyev və xanımı seçkilərdə səs verdi

İlham Əliyev və xanımı seçkilərdə səs verdi

Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev səs verdi.

Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM