İlham Əliyev Viktor Orbanla görüşdü

15:30 | 06.03.2016
İlham Əliyev Viktor Orbanla görüşdü

İlham Əliyev Viktor Orbanla görüşdü

Prezident İlham Əliyevin Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə təkbətək görüşü olub.

ANS PRESS-in məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orbanı və xanımı Aniko Levaini Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıbılar.

Azərbaycan Prezidenti, Macarıstanın Baş naziri və xanımları birgə foto çəkdiriblər. Sonra Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü keçirilib.

Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycana rəsmi səfərə gəlib. Bu gün isə baş nazirin səfəri çərçivəsində Bakıda Azərbaycan-Macarıstan biznes-forumu keçirilib.













www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM