İlham Əliyev yeni səfiri qəbul etdi

14:35 | 27.02.2015
İlham Əliyev yeni səfiri qəbul etdi

İlham Əliyev yeni səfiri qəbul etdi

Prezident İlham Əliyev Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüşdə prezident ölkələrimiz və xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğunu vurğulayıb. Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb.

Səfir Marek Tsalka isə diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti