İlham Əliyev Yunanıstan prezidentinə təbrik məktubu göndərdi

10:15 | 24.03.2015
İlham Əliyev Yunanıstan prezidentinə təbrik məktubu göndərdi

İlham Əliyev Yunanıstan prezidentinə təbrik məktubu göndərdi

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan Respublikasının prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.
 
APA-nın xəbərinə görə, dövlət başçısı məktubunda Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə yunanıstanlı həmkarını təbrik edib.

”İnanıram ki, Azərbaycanla Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək” - deyə məktubda bildirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM