İlham Əliyev Yunanıstanın yeni prezidentini təbrik etdi

17:46 | 20.02.2015
İlham Əliyev Yunanıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Yunanıstanın yeni prezidentini təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan Respublikasının yeni seçilmiş prezidenti Prokopis Pavlopulosu təbrik edib. 

ANN.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Hörmətli cənab Pavlopulos,

Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM