Bakıda keçirilmiş Avropa Oyunlarında boks yarışında maraqlı hadisə yaşanıb.
Oxu.Az xəbər verir ki, 91 kq çəkidə Avropa Oyunlarının qaliblərinin mükafatlandırma mərasimində qaliblərə medalları Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.
Qaliblər arasında erməni əsilli ukraynalı boksçu Gevorq Manukyan da olub. Manukyan travmasını əsas gətirərək Azərbaycan nümayəndəsi Abdulqadir Abdullayevə qarşı final döyüşünə çıxmayıb.
Mükafatlandırma zamanı zalda Manukyanın adı elan olunanda, gözlənildiyi kimi tribunalardan fit səsləri eşidilməyə başlanıb.
Lakin İlham Əliyev jestlə tamaşaçılardan boksçunu fitə basmamağı xahiş edib və bundan sonra zal ukraynalı idmançını alqışlamağa başlayıb. Prezident anlayışa görə əl işarəsi ilə publikaya təşəkkür edib, Manukyan isə öz növbəsində İlham Əliyevə çox sağ ol deyib.
Mükafatlandırma mərasiminin videosunu təqdim edirik.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !