İlham Əliyevdən mənzillərin satışı barədə FƏRMAN

13:58 | 11.04.2022
İlham Əliyevdən mənzillərin satışı barədə FƏRMAN

İlham Əliyevdən mənzillərin satışı barədə FƏRMAN

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydası təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Sənəddə qeyd olunbu ki, Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.16-cı bəndinə uyğun olaraq, mənzillərin hərrac vasitəsilə satışı qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.

Eyni zamanda, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 1-ci hissəsinin və 3.1-ci bəndinin icrası ilə bağlı görülmüş işlər barədə illik hesabatı hər il yanvarın 15-dən gec olmayaraq Azərbaycan Nazirlər Kabinetinə təqdim etməlidir.

Həmçinin nazirlik bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
 
Bu sənəd "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Sənəd Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.

Mənzillərin satışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Fərmanın 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla, satışına yol verilən mənzillərin sayını Nazirlik müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirməklə ictimaiyyətə açıqlayır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM