Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsihaqqında Azərbaycan Respublikası Prezidenti İLham Əliyev sərəncamimzalayıb. ANN.Az xəbər verir ki, Sərəncamda qeydolunur: "2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətininbanilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd ƏminRəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.Xalqımızınmüstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixidövlətçilik ənənələri zəminində milli dövlət quruluşunundirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyükxidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikirtariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimMəhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təminetmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cumaddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi AzərbaycanMilli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi vədigər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyatakeçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !