İlham Əliyevdən yeni TƏYİNAT

21:03 | 16.05.2014
İlham Əliyevdən yeni TƏYİNAT

İlham Əliyevdən yeni TƏYİNAT

Azərbaycan Prezidenti İlham Əliyevin 16 may 2014-cü il tarixli sərəncamı ilə Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib.

Kult.Az-ın verdiyi xəbərə görə, Prezident həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə daha bir sərəncam imzalayıb.

Sərəncamda Nazirlər kabinetinə 3 ay ərzində yeni yaradılan qurumun strukturu və əsasnaməsini təsdiq etmək üçün tapşırıq verilir.

Yeni qurumda işçilərin say həddi 50 ştat vahidi müəyyən edilib.

Qeyd edək ki, Afaq Məsudun uzun illərdir sədri olduğu Tərcümə Mərkəzi əvvəllər Azərbaycan Yazıçılar Birliyinin tərkibində olub. Lakin son illərdə AYB ilə bu mərkəz arasında münasibətlər soyuq idi. Nə Mərkəzə, nə də onun məşhur orqanı "Xəzər" jurnalına heç bir vəsait ayrılmırdı. Qurum faktiki olaraq dişi-dırnağı ilə yaşamaq uğrunda mübarizə aparırdı. 

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti