ANS PRESS-in məlumatına görə, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında təşkil edilən qarşılama mərasimində bir araya gəlib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentini son günlər böyük səs-küyə səbəb olan 16 əsgər ilə qarşılayıb. Həmin əsgərlərdən biri Azərbaycanı təmsil edib və mərkəzi Bakı yaxınlığında Bələncər şəhəri olmuş Xəzər xaqanlığını təmsil edir.
Azərbaycan prezidentinin qarşılanma mərasimindən sonra hər iki ölkənin heyəti bir-birləri ilə görüşüb.
Qeyd edək ki, İlham Əliyevin rəsmi qarşılanma mərasimindən sonra prezidentlər arasında təkbətək və geniş tərkibdə görüş nəzərdə tutulub.
Bu gün həmçinin Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə yüksək səviyyəli strateji əməkdaşlıq şurasının 4-cü iclası keçiriləcək. Baş tutacaq görüşlərdə şuranın toplantısı çərçivəsində birgə fəaliyyətlər, iki ölkə arasinda əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunacaq. Görüşdə iki ölkəni maraqlandiran regional və beynəlxalq vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.
Prezidentlərin birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırlıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !