İlham Əliyevi təbrik etdilər

22:18 | 12.06.2014
İlham Əliyevi təbrik etdilər

İlham Əliyevi təbrik etdilər

Peru Respublikasının Prezidenti Ollanta Umala Tasso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
ANN.Az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Peru xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar bayram münasibətilə mən dost Azərbaycan xalqının rifahı, eləcə də Zati-alinizin xoşbəxtliyi üçün dua edirəm. Eyni zamanda, ölkələrimiz arasında dostluq, əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində Peru hökumətinin iradəsini ifadə edirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə dərin hörmət və yüksək ehtiramımı çatdırıram".
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM