Dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevin adından Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilib.APA-nın məlumatına görə, mərasimdə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkənin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri iştirak ediblər. Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Dövlət başçısı mərasimdə çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyin möhkəmlənməsi, dövlətçiliyin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışıb. Sonra ehsan süfrəsi açılıb. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !