Prezidentin Edi Rama ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

19:25 | 01.03.2024
Prezidentin Edi Rama ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Prezidentin Edi Rama ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
 19:25

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü keçirilib.

Edi Rama İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbrik edib.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Albaniyanın Baş nazirinə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında iştirakına görə minnətdarlığını ifadə edib.Edi Rama da öz növbəsində bu tədbirə dəvətə görə təşəkkürünü bildirib.

Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının əhəmiyyəti qeyd olunub.
Görüşdə ikitərəfli münasibətlərə toxunulub.

Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri və Baş nazir Edi Ramanın əvvəllər ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulanıb.

Dövlət başçısı BMT və digər beynəlxalq təşkilatlarda Albaniyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib və öz növbəsində Azərbaycanın da bu qurumlarda hər zaman Albaniyanın maraqlarını müdafiə etdiyini deyib.

Görüşdə TAP layihəsinin əhəmiyyəti və onun genişləndirilməsi məsələləri müzakirə edildi, Albaniyanın bu sahədə önəmli rolu qeyd olundu. Albaniyanın qazlaşdırılması layihəsinin icrası ilə bağlı ölkəmiz tərəfindən investisiya qoyuluşu məsələlərinə də toxunulub.

Söhbət zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması və əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 
 14:26

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü başlayıb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM