İlham Əliyevin səfirləri nə üçün çağırdığı məlum oldu

12:15 | 04.07.2014
İlham Əliyevin səfirləri nə üçün çağırdığı məlum oldu

İlham Əliyevin səfirləri nə üçün çağırdığı məlum oldu

Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin Bakı görüşü iyulun 9-da keçiriləcək. Bu barədə AzVision.az-a açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov məlumat verib.Səfir bildirib ki, diplomatların Bakıya gəlməsi xüsusi çağırış deyil, səfirlərin prezidentin iştirakı ilə keçirilən növbəti müşavirəsidir:“İyulun 9-u həm Xarici İşlər Nazirliyinin 95 illik yubileyidir, həm də hər iki ildən bir səfirlərin müşavirəsi keçirilir. Səfirlərin Bakıda toplanması xüsusi çağırış deyil. 7-9 iyul tarixlərində Bakıda səfirlərin növbəti müşavirəsi olacaq”, - deyə D.Şikarov vurğulayıb.Qeyd edək ki, 9 iyul Azərbaycanda diplomatiya günü kimi qeyd edilir. Azərbaycan Demokratik Respublikasının (ADR) Xarici İşlər Nazirliyi 1918-ci ildə təyin olunsa da, rəsmi sənəd yalnız 1919-cu ildə imzalandığı üçün bu gün diplomatiya günü tarixə düşüb.Xatırladaq ki, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsi 2012-ci ilin iyul ayının 9-da keçirilmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM