İlham Əliyevlə AŞPA-da sual-cavab - FOTOLAR (Tam mətn)

11:20 | 26.06.2014
İlham Əliyevlə AŞPA-da sual-cavab - FOTOLAR (Tam mətn)

İlham Əliyevlə AŞPA-da sual-cavab - FOTOLAR (Tam mətn)

Dövlət başçısının AŞPA-nın sessiyasında çıxışının tam mətni"Strasburqdayenidən olmaqdan böyük şərəf və iftixar hissi duyuram. Həmçinin buradaon il öncə söylədiyim nitqimə istinad etdiyinizə görə minnətdaram. Mənsadəcə on il öncə söylədiyim sözləri bir daha təsdiqləyə bilərəm ki, bu,islahatlara aid mövqeyimizdir. Müstəqillik illərində Azərbaycanınuğurlu inkişafı göstərdi ki, iqtisadi və siyasi islahatlar paralelşəkildə həyata keçirildiyi təqdirdə uğurla nəticələnir. Əlbəttə ki, bizislahatlarımızı davam etdirəcəyik". ANS PRESS-in məlumatına görə, bunuAzərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Strasburqda AvropaŞurası Parlament Assambleyasının (AŞPA) sessiyasında nitqi zamanı deyib.İlhamƏliyev bildirib ki, Azərbaycanda həyata keçirilmiş islahatlar göstərirki, onlar paralel şəkildə aparıldıqda gözəçarpan tərəqqi ilə nəticələnəbilər: "Əlbəttə ki, Azərbaycanın Avropa Şurasında üzvlük illəri çoxsürətli iqtisadi və siyasi dəyişikliklər illəri oldu. Əslində,Azərbaycandakı islahatlar müstəqilliyimizin bərpasından bir neçə ilsonra, yəni 1990-cı illərin ortalarında başladı. Müstəqilliyin ilkilləri xalqımız üçün həddindən artıq böyük çətinliklərlə və fəlakətlərləyadda qaldı. Əvvəlcə, sosial narazılıq, iqtisadi çətinliklər, siyasi,iqtisadi və hərbi böhran, Azərbaycanın əvvəlki rəhbərliyinin yarıtmazidarəçiliyi, bütün bunlar elə bir çətin vəziyyətə gətirib çıxardı ki,hətta dövlətçiliyimiz belə sual altına çəkilmişdi. Bu vəziyyətnəticəsində 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Bu,müasir tariximizin ən ağrılı hissəsinə çevrildi.Beləliklə,islahatlar 1990-cı illərin ortalarında başladı. Azərbaycanın yenidemokratik Konstitusiyası qəbul edildi. İqtisadi və siyasi islahatlarisə qeyd etdiyim kimi, paralel şəkildə aparıldı və ölkəmizin müstəqillikillərində nail olduğu böyük tərəqqi ilə nəticələndi".Dövlətbaşçısının sözlərinə görə, Avropa Şurasına qoşulmaq bizim düşünülmüşseçimimiz oldu: "Çünki biz islahatların genişləndirilməsi üçün butəsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasınaqoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlarahazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. Xanım sədrinqeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyayaqoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyatakeçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır.Fundamentalazadlıqlara gəldikdə, Azərbaycanda bütün azadlıqlar təmin edilir.Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiyamövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıqgündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublikasəviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dördkabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır.Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır.Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyatakeçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təminedilməlidir. Digər sözlə, azad internetin mövcudluğu, senzuranınolmaması şəraitində biz mətbuat azadlığını məhdudlaşdıra bilmərik.Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığıdemokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyəyardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrinqurulmasına zəmin yaradır. Bu, Azərbaycanın, müasir Azərbaycanın ənböyük zənginliklərindən biridir. Biz bundan qürur hissi duyuruq. Busəbəbdən, biz bir daha söyləyə bilərik ki, mətbuat azadlığı tam şəkildətəmin edilir".Prezidentin sözlərinə görə, təşkilatlanma vətoplaşma azadlığı, həmçinin tam şəkildə təmin edilir: "Siyasitəşkilatlar bundan yararlanır, vaxtaşırı nümayişlər keçirirlər. Bu, dincşəkildə baş tutur. Bu, həmçinin islahatlara sadiqliyimizi nümayişetdirir. Bildirmək istəyirəm, islahatların həyata keçirilməsi bizim üçünonunla bağlı deyil ki, biz öhdəliklərimizi icra edək və ya beynəlxalqtəsisatlardan müəyyən müsbət qiymətlər alaq. Bu, onunla bağlıdır ki, bizölkəmizi müasirləşdiririk. On il öncə qeyd etdiyim kimi, güclüdemokratik təsisatlar olmadan iqtisadi uğurumuz davamlı ola bilməz. Busəbəbdən iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılmalıdır.Cəmiyyətin demokratikləşdirilməsi cəmiyyətimizdə müsbət əhval-ruhiyyəyaradır.Bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyükvarlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlərboyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülhşəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərlərisədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır".İlhamƏliyev xatırladıb ki, Azərbaycan 2008-ci ildə Avropa Şurasınınmədəniyyət nazirlərinin toplantısında başlamış Bakı prosesinintəşəbbüskarı olub: "Biz həmin tədbirə İslam Əməkdaşlıq Təşkilatınınmədəniyyət nazirlərini dəvət etdik. Bu, tarixdə ilk dəfə idi ki, ikimühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşmışdılar. Növbətiil, 2009-cu ildə əksinə etdik: biz Avropa Şurasının mədəniyyətnazirlərini İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinədəvət etdik. Bir sözlə, multikulturalizm üstünlüklərdən, böyükvarlıqlardan biridir. Sədrliyimiz zamanı biz bu məsələyə birmənalıolaraq diqqət yetirəcəyik. Çünki bunun üçün böyük ehtiyac vardır.Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdəvə Avropada müəyyən narahatlıq yaradan meyllərin şahidi oluruq.Təcridolunma, ayırma və bəzən ədavət meyllərini görürük. Biz buməsələləri həll etməliyik. Çünki dünyaya töhfə vermək, daha yaxşıdünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirikki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılıolmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərəəsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətlicəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir".Digərprioritetlərə gəldikdə, Azərbaycan diqqəti beynəlxalq təşkilatlarınqətnamə və qərarlarının icrasına yönəldəcək: "Çünki bizə gəldikdə,Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin TəhlükəsizlikŞurasının, Avropa Şurası Parlament Assambleyasının, AvropaParlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar vəqətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu beynəlxalqtəsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsimexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır.Digər halda, bu qətnamələr öz mahiyyətini itirir.Biz beynəlxalqhüququn norma və prinsiplərini qəti şəkildə təşviq edəcəyik. Xanım sədrəçox minnətdaram ki, giriş nitqində Azərbaycanın ərazi bütövlüyünə dairşərhlərini verdi. Bu, beynəlxalq hüququn fundamental prinsipidir. Bu,dondurulmuş münaqişələrin həllində riayət edilməli əsas prinsipolmalıdır.Dünən nazirimiz Parlament Assambleyasında çıxış etdiyizaman digər prioritetləri də qeyd edib və mən təfərrüatlaravarmayacağam. Mən sadəcə onları xatırlatmaq istəyirəm: korrupsiyayaqarşı mübarizə. Bu, prioritetimizdir. Hesab edirəm ki, Azərbaycanın busahədə nadir təcrübəsi vardır. Əfsuslar ki, bütün keçmiş sovetrespublikalarında eyni problem yaşanır. Korrupsiya mirası ölkəmizinuğurlu inkişafına ciddi zərbə vurur. Biz Azərbaycanda bir çox tədbirlərgörürük, o cümlədən inzibati və təsisat islahatlarını həyata keçiririkki, korrupsiyaya qarşı uğurla mübarizə aparaq. Onlardan biri buyaxınlarda dövlət xidmətləri proqramının qəbul edilməsi oldu. O, ilyarımdır ki, icra edilir və artıq iki milyona yaxın insan bu dövlətxidmətləri mərkəzlərinə müraciət edib və lazımi sənədləri alıb. Bu,Azərbaycanda korrupsiyanın azaldılmasına böyük təsir göstərdi. Hesabedirəm ki, bu təcrübə üzv dövlətlər üçün də maraqlı ola bilər. Cənab başkatibin Azərbaycana səfəri zamanı o, həmin mərkəzlərdən birində oldu".İlhamƏliyevin sözlərinə görə, gənclər və təhsillə bağlı daxili siyasətimizəgəldikdə, bu, prioritetlərimizdən biridir: "Cəmiyyətimiz gəncdir, çoxdinamikdir və yaxşı təhsilə malikdir. Azərbaycanda savadlılıq səviyyəsi100 faizə yaxındır. Aydın şəkildə anlayırıq ki, yalnız yaxşı təhsilsəviyyəsinə malik olan cəmiyyət uğurlu inkişafın qarantıdır. Bu,radikalizm və fundamentalizmə qarşı qarantiya ola bilər. Bu səbəbdən,təhsil hökumətimiz üçün ən yüksək prioritetlərdən biridir. Son on ildəAzərbaycanda üç yüzdən artıq yeni məktəb binası tikilmişdir. Təhsilinkeyfiyyəti də yaxşılaşır. Eyni zamanda, biz dünyanın aparıcıuniversitetləri ilə əməkdaşlıq proqramlarını həyata keçiririk. Gənctələbələrimizi iqtisadi potensialımıza uyğun intellektual potensiala damalik olmaları üçün təhsil məqsədilə xaricə göndəririk. Bu, sədrliyimizzamanı diqqət yetirəcəyimiz əsas prioritetlər olacaqdır.SədrliyimizAvropa Şurasında üzvlük tariximizdə mühüm mərhələdir. Əlbəttə ki, busədrlik rotasiya prinsipinə əsaslanan sədrlikdir. Bu səbəbdən, növbəmizartıq çatıb. Lakin, eyni zamanda, bu, bizim üçün ölkəmizi təqdim etməkdəgözəl fürsət olacaq və həmçinin müxtəlif Avropa ölkələrində narahatlıqdoğuran mühüm məsələləri həll etmək imkanını yaradacaqdır. Bunlardemokratiya, qanunun aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə bəzənselektiv yanaşma kimi məsələlər olacaqdır.Hesab edirəm ki,sədrliyimiz dövründə birmənalı şəkildə qaldıracağımız məsələlərdən birieyni regionda olan ölkələrə tətbiq edilən yanaşmada fərqlərin aradanqaldırılmasına aid olacaqdır. Buna görə, ikili standartlar yanaşmasındanimtina, fikrimcə, sədrliyimiz dövründə Assambleyada bacardığımıztəqdirdə, böyük töhfə ola bilərdi".Azərbaycanın ümumi inkişafınagəldikdə, Prezident bildirib ki, öncə qeyd etdiyim kimi, ölkəmizgəncdir, lakin zəngin tarixə, ənənələrə və inkişafa malik olan ölkədir:"Bizim olduqca fəal xarici siyasətimiz vardır. Ölkə regiondasabitləşdirici rol oynayır, çünki Azərbaycanın potensialı artır.Regional əməkdaşlığa aid təşəbbüslərimiz qonşularımız tərəfindəndəstəklənir. Bu gün qonşuluq əlaqələri genişlənir. İrəli sürdüyümüztəşəbbüslər bir çox ölkələri əhatə edir.Beynəlxalq ictimaiyyət bizigüclü şəkildə dəstəkləyir. Nüfuzumuz beynəlxalq təsisatlar qarşısındaçox müsbətdir. Ən böyük diplomatik uğurumuz Azərbaycanın BMT-ninTəhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Özünü dünyayatəqdim etməyi arzulayan gənc dövlət üçün bu, böyük nailiyyət idi və bizbundan fərəhlənirik. Eyni zamanda, 155 üzv ölkənin namizədliyimizinlehinə səs verməsi faktından da qürur hissi duyuruq. Beləliklə,beynəlxalq ictimaiyyətin əksər hissəsi Azərbaycana etimad göstərir, onudəstəkləyir və etibarlı tərəfdaş hesab edir. Təhlükəsizlik Şurasında ikiillik üzvlüyümüz zamanı biz bu qurumda iki dəfə sədrlik etdik. Ümumiqiymətləndirməyə görə, üzvlüyümüz və sədrliyimiz çox uğurlu olmuşdur.Biz dünyada sülhə, təhlükəsizliyə, sabitliyə və proqnozlaşdırmaya böyüktöhfə verdik. Eyni zamanda, Təhlükəsizlik Şurasına üzvlük ölkəmiz üçünnadir təcrübə oldu və biz bu təcrübədən gələcək təşəbbüslərdə istifadəedəcəyik.Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çoxkonstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri ilə ikitərəfliəlaqələrimiz çox uğurla inkişaf edir. Avropa əsas ticaritərəfdaşımızdır. Azərbaycan ilə Avropa arasında tarixi əlaqələrmüstəqillik illərində daha da möhkəmlənib. Eyni zamanda, Azərbaycanmüsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.Fikrimcə, nəinki coğrafi baxımdan, o cümlədən mədəni və siyasi baxımdanregionumuzda mühüm körpü rolunu oynayırıq. Nə qədər uğurlu olarıqsa,sivilizasiyalar arasında bir o qədər mühüm rol oynaya bilərik.Sivilizasiyalararası Dialoq Forumunun Bakıda keçirilməsi göstərir ki,Azərbaycan multikulturalizm baxımından dünya mərkəzlərindən biridir. Buyaxınlarda isə ölkəmizdə Dünya Multikulturalizm Mərkəzi yaradılacaqdır".Dövlətbaşçısı deyib ki, üzləşdiyimiz problemlərdən biri Azərbaycanınbeynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır:"Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır.Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesabedilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır.Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar DağlıqQarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən azmüddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakıirsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindəndağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmışərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları,erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyonazərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildənartıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir.Artıqqeyd etdiyim kimi, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir.Qarabağ sözünün özü Azərbaycan mənşəli addır. Bu sahədə bütün coğrafitoponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normalarıbaxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünyaDağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, ocümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurumkimi tanımayıb".Prezident xatırladıb ki, dünyanın ən ali beynəlxalqorqanı - BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğalolunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dördqətnamə qəbul edib: "Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələricra edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir. Çünkibəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir.Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur.Ermənistan əraziləri tərk etmək istəmir. Onlar işğal etdiyi ərazilərdənçıxmaq istəmir. Onlar hər bir şeyi olduğu kimi saxlamaq istəyirlər.Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Bu, beynəlxalqvasitəçilərin göstərdiyi səylərə tam ziddir. ATƏT-in Minsk qrupu vəhəmsədrləri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri - BirləşmişŞtatlar, Rusiya və Fransa - onların prezidentləri dəfələrlə aydın bəyanediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistanişğal edilmiş ərazilərdən öz işğalçı qüvvələrini çıxarmağa başlamalıdır.Lakin onlar beynəlxalq hüquqa sadəcə məhəl qoymur. Onlar dünyanınaparıcı dövlətlərinin bəyanatına məhəl qoymurlar. Onlar Avropa ŞurasıParlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə məhəlqoymurlar. Müvafiq qətnamələr Avropa Parlamenti tərəfindən də qəbuledilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala sonqoyulması, erməni işğalçı qüvvələrin zəbt edilmiş ərazilərdən çıxmasıtələb olunur. Əfsuslar olsun, münaqişə həll olunmayıb. Azərbaycan çoxkonstruktiv şəkildə çıxış edir. İyirmi ildən artıqdır ki, biz danışıqlarprosesinə sadiq qalmışıq. Lakin hər kəs, o cümlədən erməniləranlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec ya tez nə isə başverə bilər".İlham Əliyevin sözlərinə görə, Ermənistan rəhbərliyidigər ölkənin ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbuledilməzolduğunu nə qədər tez anlasa, bir o qədər onlar üçün yaxşı olar:"Əfsuslar olsun ki, Ermənistan rəhbərliyindən adekvat yanaşmanıgörmürük.Ermənistanın əvvəlki Prezidenti burada, demokratiyasarayında çıxış edərkən bildirmişdir ki, ermənilər ilə azərbaycanlılararasında milli uyğunsuzluq vardır. Onun davamçısı, Ermənistanın indikirəhbəri münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməzyanaşmadır. Ondan başlayaq ki, azərbaycanlıların heç bir digər millətləuyğunsuzluğu yoxdur. Bəlkə ermənilərdə bu meyar vardır. Özü də təkbizimlə deyildir. Bu gün həmin ölkə monoetnikdir. Ermənistan əhalisinin99,9 faizi ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədənazərbaycanlılar qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma danışıqlardaüstünlük təşkil edə bilməz. Biz bu məsələni həll etməliyik, ədaləti vəAzərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.Əfsuslar olsunki, bu işğal nəticəsində tarixi abidələrimiz məhv edilib, məscidlərimizyerlə yeksan edilib, qəbiristanlıqlarımız dağıdılıb. İşğal edilmişərazilər bu gün tam məhvə məruz qalmış torpaqlardır. ATƏT iki dəfəfaktaraşdırıcı və vəziyyəti qiymətləndirən missiyasını işğal edilmişərazilərə göndərib. Onların hesabatında aydın şəkildə göstərilir ki, hərşey dağıdılıb. Bu, işğal edilmiş ərazilərdə erməni vandallığınınnəticəsidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Ermənitərəfinin daim istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipiölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Qoy Ermənistan rəhbərliyiHelsinki Yekun Aktını diqqətlə oxusun və aydın tərifləri görsün. Bundanbaşqa, ermənilər artıq öz müqəddəratını təyin ediblər. Onlar əslindəAzərbaycanın tarixi torpaqları hesabına yaradılmış Ermənistan dövlətinəmalikdirlər. Bəlkə də Assambleyanın bir çox üzvü bilmir. Amma erməninümayəndə heyəti bunu, əlbəttə, bilir ki, Rusiya imperiyasının dağılmasınəticəsində 1918-ci ildə yaradılmış Azərbaycan DemokratikRespublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxt kimiErmənistan dövlətinə verilməsi idi. Bir sözlə, onların artıq öz dövlətivardır. Onlar bununla neçə erməni dövlətinə nail olmaq istəyirlər? Onlaryaşadıqları hər bir yerdə öz dövlətini yaratmaq istəyirlər? Nəyə görəAzərbaycanda bu gün belə dövlət olmalıdır? Buna görə, öz müqəddəratınıtəyinetmə ərazi bütövlüyünü pozmalı deyildir. Münaqişə hamımızın, ocümlədən Ermənistanın tam məhvinə və fəlakətə aparan bugünkühökumətindən əziyyət çəkən erməni xalqının xeyri üçün mümkün qədər tezhəll olunmalıdır".Dövlət başçısı bildirib ki, münaqişəyəbaxmayaraq, Azərbaycan iqtisadiyyatı artmaqdadır: "Son on il ərzindəAzərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Heçbir digər ölkə Azərbaycanın artırdığı kimi öz iqtisadi potensialınıartırmayıb. Ümumi daxili məhsul 3,5 dəfə artıb, biz iqtisadiyyatışaxələndirmişik. Bunun nəticəsində hazırda iqtisadiyyatımızınqeyri-enerji sektoru ümumi daxili məhsulumuzun 55 faizini təşkil edir.Bütün beynəlxalq maliyyə təsisatları islahatlarımızı yüksəkdəyərləndirir. Maliyyə böhranı illərində əsas reytinq agentlikləri -S&P, Moody`s və Fitch Azərbaycanın kredit reytinqini artırmışlar.Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına Qlobal RəqabətCədvəlində 39-cu yeri vermişdir. Bu, o deməkdir ki, biz planlıiqtisadiyyatdan bazar iqtisadiyyatına maksimal dərəcədə keçə və eynizamanda, rəqabətədavamlı iqtisadiyyat yarada bildik. Azərbaycanda 1milyon 200 min iş yeri yaradılıb. Həmçinin milli sərvətin ədalətlişəkildə paylanılması ölkəmizin əsas nailiyyətlərindən biridir. Bununnəticəsində yoxsulluq səviyyəsi son on il ərzində 49 faizdən 5,3 faizədüşmüşdür. İşsizlik beş faizdir. Büdcə kəsiri Avropa İttifaqı ölkələriüçün qəbul edilən limitlər çərçivəsindədir. Xarici borc ümumi daxiliməhsulun səkkiz faizini təşkil edir. Maliyyə vəziyyəti sabitdir. Sosialproqramlar həyata keçirilir. Siyasi vəziyyət sabitdir. Öncə qeyd etdiyimkimi, Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür. Ölkə müasirləşir vəbiz gələcəyə böyük nikbinliklə baxırıq.Mən müzakirələr üçün vaxtınçox hissəsini almaq istəmirəm. İstəyirəm suallar üçün də vaxt qalsın.Lakin gördüyünüz kimi, ölkəmiz haqqında saatlarla danışa bilərəm. Bütünvaxtı çıxışıma sərf etmək istəmirəm. Sadəcə qeyd edim ki, NazirlərKomitəsində sədrlik böyük məsələdir, məsuliyyətdir. Biz buna hazırıq vəəlimizdən gələni edəcəyik ki, demokratiyanın ümumi dəyərlərinə, qanununaliliyinə və azadlıqlara töhfə verək".Sonra Azərbaycan Prezidenti İlham Əliyev deputatların suallarını cavablandırıb.Sosialist qrupu adından çıxış edən Maykl Maknamara sualında qeyd edib:"Xanım sədr, cənab Prezident, çox sağ olun. "Amnesty International"ınməlumatına görə ölkənizdə 19 siyasi məhbus vardır. Digər təşkilatlar isəonların daha çox olduqlarını qeyd edirlər. Buradakı məhkəmə İlqarMəmmədovun həbs olunmasını qeyri-qanuni bəyan edib və bu həbsinarxasında duran motiv seçkilərlə bağlı idi. Digəri isə Anar Məmmədlidirki, Sizin sonuncu dəfə qalib gəldiyiniz prezident seçkilərində səhvləriaşkara çıxarıb. "Nida" fəalları öz fikirlərini bildirdiklərinə və dincxarakterli nümayişlər keçirdiklərinə görə həbs olunublar. Bu qurumsiyasi məhbusların tərifini qəbul edib. Lakin məruzəçiyə Azərbaycanagəlmək imkanı verilməmişdir. Bütün bu hadisələr Avropa ŞurasınınNazirlər Komitəsinə sədrlik legitimliyinizi azaltmırmı və Siz buməhbusları buraxacaqsınızmı?"Prezident İlham Əliyev isə cavabında deyib:"Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur vəsizin qeyd etdiklərinizin hamısı yanlış informasiya əsasındadır, ya dasizin Azərbaycana qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Birinci dəfədeyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız. Lakin burada hərhansı bir nəzərəçarpan uğur əldə etməmisiniz və əminəm ki, sizin dünənkitəşəbbüsünüzün nəticəsi bir neçə il bundan öncə olan təşəbbüsünnəticəsi ilə eynilik təşkil edəcəkdir. Bunun da nəticəsi 2013-cü ilinyanvar ayında cənab Ştrasserin burada fiaskoya uğraması idi. Əfsuslarolsun ki, Azərbaycan məqsədyönlü təxribatlara məruz qalıb. Biz bunlarınmənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya iləheç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizinkağız üzərindən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağıolan tərəflər veriblər".Maykl Maknamara: "Mən bunu çıxışlardan götürürəm".Prezident İlham Əliyev: "Anlayıram, əgər siz müzakirə açmaq istəyirsinizsə, biz bunun üçün başqa yer tapa bilərik.Bunagörə də Azərbaycanda heç bir siyasi məhbus yoxdur və cənab Ştrasserinhesabatı da bu zalda uğursuzluqla nəticələndi. Çünki o hesabat yanlışinformasiyaya, şər və uydurmalara əsaslanırdı. Siz də indi eyni şeyietməyə çalışırsınız. Siz bu səhv informasiyanı təkrarlamaqlaAssambleyanı yanlış fikrə yönəltmək istəyirsiniz. Azərbaycanda siyasiməhbuslar yoxdur və ölkəmiz İnsan Hüquqları üzrə Avropa Məhkəməsininüzvüdür. Məhbuslarla əlaqəli bütün məsələlər öz həllini orada tapa bilərvə biz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına hörmətedirik. Buna görə, bir daha qeyd etmək istəyirəm ki, ölkəmizə hücumcəhdləri tamamilə əsassızdır və bunların heç bir nəticəsi olmayacaqdır".EPP qrupu adından xanım Dora Bakoyannis sual verdi:"Cənab Prezident, icazə verin EPP qrupu adından Sizi salamlayım. MənDağlıq Qarabağ məsələsinə qayıtmaq istəyirəm. Son illər ərzində bir çoxtəşəbbüslər irəli sürülüb. ATƏT-in Minsk qrupu regionda fəaldır və Sizinfikrinizcə, Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərhansı təşəbbüslə çıxış etmək imkanı varmı? Son aylar ərzində vəziyyətinecə dəyərləndirirsiniz? Sizin fikrinizcə, belə bir təşəbbüsdənfaydalanmaq məqamı olacaqmı?"Prezident İlham Əliyev:"Biz həmişə bu məsələyə burada - Avropa Şurasında baxılmasının güclütərəfdarı olmuşuq. Təşkilata üzv olmağımızdan bəri bu, belə olub vəşərhlərimdə qeyd etdiyim kimi, 2005-ci ildə Avropa Şurası vəziyyət,işğal və işğala son qoymaq zərurəti ilə bağlı qətnamə qəbul edib. Sonraxüsusi komitə yaradılmışdır. Lakin Ermənistanın qeyri-konstruktivmövqeyinə və bu komitəni boykot etməsinə görə hazırda bu komitə artıqtoplaşmır. Buna görə də düşünürəm ki, beynəlxalq təşkilatlar bumünaqişəyə nə qədər diqqət ayırsalar, biz bu məsələnin həllinə daha teznail ola bilərik. Çünki qeyd etdiyim kimi, Ermənistan hər şeyi olduğukimi saxlamaq istəyir. Ermənistan istəyir ki, beynəlxalq ictimaiyyət bumünaqişəni unutsun. Ona görə də onlar düşünürlər ki, Minsk qrupununformatı onlar üçün çox əlverişlidir.Biz başa düşürük ki, bu günvasitəçilik missiyası ilə bağlı Minsk qrupuna alternativ yoxdur,baxmayaraq ki, onların fəaliyyəti heç bir nəticə verməyib. Lakindüşünürəm ki, Avropa Şurası bu məsələyə daha fəal baxmalıdır vəfikrimizcə, xüsusi komitənin fəaliyyətinin bərpa edilməsi çox vacibaddım olardı.Danışıqların perspektivlərinə gəlincə, əfsuslarolsun ki, biz bu məsələ ilə bağlı çox da nikbin deyilik. Ermənilərstatus-kvonun dəyişməz olaraq qalması üçün əllərindən gələni edirlər.Vaxtaşırı bizim Ermənistan prezidenti ilə ikitərəfli görüşlərimiz olur,sonuncu görüşümüz keçən ilin noyabr ayında Vyanada baş tutdu. Bu görüşünnəticəsində bizdə müəyyən nikbinlik yaranmışdı və biz də ictimaiyyətqarşısında bu məsələyə mövqeyimizi bildirdik. İrəliyə kiçik addımlarınatılması, lakin prosesin ləngidilməsi ilə bağlı köhnə taktika davametdirilir. Buna görə də, beynəlxalq ictimaiyyətin fəal iştirakı olmadandüşünürəm ki, Ermənistan etdiyini davam etdirməyə çalışacaqdır".EDD qrupundan Qraf Dandi:"Cənab Prezident, sualım insan hüquqları sahəsinin təkmilləşdirilməsivə bu sahədə aparılan islahatlarla bağlıdır. Avropa Şurası ilə hazırdarazılaşdırılmış ictimai fəaliyyətlə bağlı tədbirlər planından əlavə,xüsusi hədəflərə nail olmaq üçün Sizin ölkəniz hansı tədbirlərə əlatacaqdır?"Prezident İlham Əliyev: "Bu, cənabbaş katibin ölkəmizə səfəri zamanı razılaşdırıldı. Azərbaycan üçün bu,hərtərəfli bir sənəddir və Azərbaycan ilə Avropa Şurası arasında gələcəkəməkdaşlıq üzrə yol xəritəsidir. Əlbəttə ki, insan haqları, qanununaliliyi və demokratik islahatlarla bağlı vəziyyət bizim üçünprioritetdir. Əvvəldə qeyd etdiyim kimi, bir çox işlər artıq görülüb,lakin bir çoxunun da görülməsi nəzərdə tutulur. Əgər tənqid realfaktlara əsaslanırsa, biz bu tənqidlərə çox açığıq. Əlbəttə ki, olabilsin Parlament Assambleyasının digər üzvləri kimi, biz də mükəmməldeyilik. Lakin bəzi hallarda tənqid qərəzli yanaşmaya əsaslanır. Bu,sadəcə olaraq, Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bir cəhddir.Azərbaycanın Avropa Şurasına üzv olduğu illər sürətli siyasi islahatlarilləri idi və Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması bizimhökumət, eyni zamanda, Avropa Şurası üçün düzgün seçim idi. Buna görə dədüşünürəm ki, gələcək əməkdaşlıq, o cümlədən bir neçə ay ərzindəsədrliyimiz dövründə demokratik islahatlarla bağlı ölkəmizdə yeni, yaxşınəticələr hasil olunacaqdır".LD qrupunun rəhbəri cənab Şukla:"2006-cı ildə Azərbaycan Respublikası Avropa Şurasının korrupsiya iləmübarizəyə dair konvensiyasına qoşulub. Bu, bizim standartlarnöqteyi-nəzərindən çox vacib məsələdir və aydın təlimatlarımız vardır.Bilmək istəyirəm ki, həmin vaxtdan bəri bu konvensiyanın vəinformasiyaya çıxışla bağlı qanunun tələblərinin yerinə yetirilməsi,həmçinin maliyyə vəsaitləri və əmlakla bağlı şəffaflığa dair hökumətiniztərəfindən hansı tədbirlər görülüb?"Prezident İlham Əliyev:"Qeydlərimdə bildirdiyim kimi, korrupsiya bizim Avropa ŞurasınınNazirlər Komitəsinə sədrliyimiz dövründə diqqət yetirəcəyimiz əsasməsələlərdəndir. Çünki bu, müalicə olunmalı xəstəlikdir. Bayaq da qeydetdiyim kimi, bizim ölkəmiz Sovet İttifaqına daxil olan bütünrespublikalar kimi, cəmiyyətimizdə dərin kök salmış korrupsiyaya görəçətin vəziyyətdə idi. Buna görə də bu bəlanın aradan götürülməsi bizimhökumətin hədəflərindən biridir. Bu olmadan bizim uğurumuz dayanıqlı olabilməz. Ona görə də konvensiyaya qoşularaq və xüsusilə Avropaİttifaqına daxil olan ölkələrin müsbət təcrübəsindən istifadə edərək bu,Avropa İttifaqı ilə əməkdaşlığımızın bir hissəsidir, ölkəmiz üçünmüstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyim kimi, bizim icra etdiyimizinstitusional tədbirlər inzibati və cəza tədbirləri ilə müqayisədə dahayaxşı nəticə verir. Çünki əfsuslar olsun ki, məsələ insanlarındəyişilməsi ilə öz həllini tapmır. Buna görə də biz elə bir mexanizmtapdıq ki, - qeydlərimdə ictimai xidmətlər sisteminin mövcud olduğunubildirmişdim, - bu, korrupsiyanı mümkünsüz edir və əlbəttə, şəffaflıqartır. Mən sizin dediyinizlə tamamilə razıyam. Bizim yaxşı təcrübəmizvar, Azərbaycan Birləşmiş Krallığın sabiq baş naziri Toni Bleyertərəfindən irəli sürülən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulanilk ölkələrdən biri olub və Azərbaycan bu təşəbbüsün ilk tamhüquqluüzvü olub. Buna görə də Azərbaycanda mədən sənayesində 100 faizşəffaflıq təmin olunub. İndi isə eyni şəffaflıq göstəricisini maliyyə vəictimai xidmətlər sektorunda əldə etməliyik və biz bu məsələ üzərindəişləyirik".

Birləşmiş Solçular qrupunun rəhbəri cənab Koks:"Cənab Prezident, maraqlı çıxışınız üçün çox sağ olun. Çıxışınızdaölkənizdə insan hüquqları sahəsində əldə edilən nailiyyətləri yaxşıtəhlil etdiniz. Lakin heç də hər kəs Sizin də bildiyiniz kimi, bu müsbəttəhlillə razılaşmır. Bakıda olarkən bəzi insanlarla görüşdüm, bu gün dəmüəyyən insanlarla görüşəcəyəm və əlbəttə ki, gələn ilin yanvar ayındaAssambleyada bu məsələyə baxılacaqdır. Cənab Prezident, bu baxımdanAzərbaycanda insan hüquqları üzrə "dəyirmi masa"nın təşkil olunmasınınəzərdən keçirməyə və bu "dəyirmi masa"da Siz Azərbaycanın insanhüquqları sahəsinin təkmilləşdirilməsini zəruri sayan tərəflərlə şəffafdialoq aparmağa hazırsınızmı? Əminəm ki, Assambleya bu tədbirin təşkiledilməsində Sizə yardımçı olmaq istəyər".Prezident İlham Əliyev:"Əlbəttə ki, biz nəinki hazırıq, biz belə bir sessiyanı keçirməkistəyirik və tərəfdaşlarımızla birgə iş apardığımız zaman bu məsələninəzərdən keçirmişdik. Bu ilin may ayında xanım sədr və baş katibinsəfəri zamanı bu məsələ ilə bağlı əsaslı müzakirələr aparmışdıq.Baxmayaraq ki, biz bəzi məsələlərlə bağlı razılığa gəlməsək də, lakin,eyni zamanda, konstruktiv dialoqumuz oldu. Bayaq da qeyd etdiyim kimi,biz Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı vəziyyətinmükəmməl olduğunu düşünmürük. Lakin böyük bir irəliləyiş də var və bizkonstruktiv tənqidə reaksiya göstərməyə hazırıq, buna reaksiya veririk.Mən öz qeydlərimdə ölkəmizdə aparılan islahatların müsbət nümunəsinədiqqət yetirdim. Çünki adətən, bu zalda əsasən diqqət mənfi məqamlarayetirilir. Buna görə də bu sessiya ərzində azacıq tarazlıq yaratmaq üçünmən vaxtımdan istifadə etdim, lakin suallar üçün də müəyyən vaxtsaxladım. Ona görə də düşünürəm ki, mahiyyət üzrə açıq və səmimimüzakirələrin aparılması yaxşı fikirdir. Çünki bəzən biz bu məsələlərimüzakirə etdikdə həmkarlarım və tərəfdaşlarımdan eşidirəm ki, belə birfikir formalaşıb. Lakin bu fikirləri kim yaradır? Bəzən Azərbaycanınnüfuzuna xələl gətirmək üçün bu fikirlər süni olaraq yaradılır. Ona görədə biz mahiyyətə nəzər yetirək. Azadlıqlarla bağlı mən öz qeydlərimdəbildirmişdim. Bizdə mətbuat azadlığı, azad internet vardır. Bizdə azadinternet varsa, senzura yoxdursa və internet istifadəçilərinin sayı 70faizə çatıbsa, biz mətbuatın azadlığını necə məhdudlaşdıra bilərik?Sonuncu dəfə keçirilən prezident seçkilərindən əvvəl və sonramüxalifətin mitinqləri oldu, onlara qarşı heç bir məhdudiyyət tətbiqolunmadı və bu gün kimsə mitinq keçirmək fikrinə düşərsə, müvafiqqaydada bildiriş verməklə 3 gün ərzində Azərbaycanın mərkəzində onlaramitinq keçirmək üçün yer ayrılacaqdır. Digər məsələ isə ondan ibarətdirki, seçkilərdən sonra müxalifətin təşkil etdiyi sonuncu mitinqdə yalnız840 nəfər iştirak etdi. Prezident seçkilərindən razı qalmayan 840 adamolub. Lakin Azərbaycanda müxalifətin zəif olması faktı bizim hansısazərərli fəaliyyətlə məşğul olmağımız anlamına gəlmir. İqtisadiyyat vəsosial inkişafla bağlı bildirdiklərimə məhəl qoyulmaya bilməz.Azərbaycana gələn və inkişafı görən hər bir kəs başa düşə bilər ki, beləböyük iqtisadi artım cəmiyyətimiz tərəfindən qəbul edilməyə bilməz. Onagörə də insanlar bizim etdiklərimizi, bizim hökumətimizi dəstəkləyir.Bizim hökumətimiz güclüdür, lakin insanları yatırmağımıza görə yox,işlərimizi lazımi qaydada gördüyümüzə görə.Digər bir məsələondan ibarətdir ki, indi müxalifətdə olan insanlar 1992-1993-cü illərdəhakimiyyətdə idilər. Onlar xaos yaratdılar, ərazilərimizin itirilməsinəvə işğala görə məsuliyyət daşıyırlar. Onlar vətəndaş müharibəsinitörətdilər və sonra da qaçdılar. Bu qrupun gənc nəsil nümayəndələriburada eyvanda əyləşiblər. Bu insanlar başa düşmürlər, onlar1992-1993-cü illərdə nələr baş verdiyini bilmirlər və bu, onların günahıdeyildir. Onlar yanlış yoldadırlar. Ona görə də biz sizin iştirakınızla"dəyirmi masa" müzakirələrində iştirak etməyə hazırıq".Norveçdən xanım Kristoferson: "CənabPrezident, bu Assambleya üçün bütün Avropa miqyasında cinsi azlıqlarınhüquqlarının çoxsaylı pozuntuları məsələsi xüsusi olaraq nəzərdənkeçirilir. Siz cinsi azlıqların hüquqlarını əsas insan hüquqlarının birhissəsi kimi tanıyırsınızmı? Əgər bu belədirsə, Azərbaycan Respublikasıcinsi azlıqların hüquqlarını təmin etmək və ölkənizdə onlarıntəşkilatlanmaq azadlığını təmin etmək üçün hansı tədbirləri görəcəkdir?"Növbəti sual Fransa nümayəndəsi cənab Roj Bluanda:"Cənab Prezident, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsindətanınmış şəxs olan Leyla Yunusla pis davranış Avropa Şurasının ParlamentAssambleyasını Azərbaycanın beynəlxalq səviyyədə tanınan Avropa İnsanHüquqları Konvensiyasında göstərilən azadlıqlara hörmət etməsiniinandıra bilərmi?"Xanım Fiala: "CənabPrezident, bu yaxınlarda beynəlxalq sərhədlərdə zorakı insidentlərinsayı əhəmiyyətli dərəcədə artıb. Demək olar ki, hər gün biz itkilərbarədə məlumatlar alırıq və onların arasında mülki şəxslər də vardır.Cənab Prezident, əgər biz tərəfləri atəşkəsə ciddi əməl etməyə və Minskqrupu həmsədrləri tərəfindən təklif olunan təhlükəsizlik tədbirlərininyerinə yetirilməsinə, yəni snayperlərin çıxarılması və müstəqilaraşdırmaların aparılmasına çağırsaq, Siz bununla razılaşarsınızmı?"Prezident İlham Əliyev:"Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub və heç birməhdudiyyət yoxdur. Azadlıqlarla bağlı Azərbaycandakı mövcud vəziyyətartıq bildirdim ki, sizin ölkənizdəki vəziyyətdən fərqlənmir.LeylaYunusa qarşı pis davranışla bağlı suala gəldikdə, mən bu bəyanatla razıdeyiləm, çünki onunla pis davranılmayıb. Əksinə, polis nəfəri onunfiziki və şifahi hücumuna məruz qalıb. Bəzi cinayət araşdırması iləbağlı aparılan iş üzrə şahid ifadəsi vermək üçün çağırıldıqda o, qaçmağacəhd edib və saxlanılaraq şahid qismində ifadə verməyə dəvət olunub.Lakin əfsuslar olsun ki, o, bu dəvətə bir neçə həftə ərzində məhəlqoymayıb və informasiya təqdim etmək üçün bu legitim müraciətdən imtinaedib.Sərhəddə insidentlərlə bağlı suala gəldikdə, sizinverdiyiniz sualı - təhlükəsizlik və etimadın artırılması tədbirləri iləbağlı sualı mən həmişə Minsk qrupunun həmsədrlərindən eşidirəm. Deyəbilərəm ki, bəzən Azərbaycan və erməni əsgərləri arasında məsafə 50 metrtəşkil edir. Burada hər hansı bir məkrli niyyətləri həyata keçirməküçün heç snayper də lazım deyildir. Etimadın artırılması tədbirlərininyaradılmasının ən yaxşı yolu işğalçı erməni ordusunun Azərbaycanərazilərindən çıxarılmasına başlamaqdır. Sizin istinad etdiyiniz itkilərAzərbaycan ərazilərində baş verir. Onlar Azərbaycanın ərazisi olanDağlıq Qarabağda yox, işğal edilmiş ərazilərdə baş verir. Erməniəsgərlərinin orada nə işi var? O əsgərlərin çoxu Ermənistandan cəlbolunub. Onların işğal olunmuş ərazilərdə nə işi var? Ona görə qüvvələrinöz mövqelərindən geriyə çəkilməsi mümkün deyildir. Belə olan halda biztorpaqlarımızı əlavə hücumlardan necə müdafiə edə bilərik? Buna görə dəErmənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı siyasətinin uğursuzluğunu,onların Azərbaycanla mübarizədə faktiki məğlub olduğunu nə qədər tezbaşa düşsə, o qədər də yaxşı olar. Onların statistik göstəricilərinəəsasən bu gün Ermənistanda yoxsulluğun səviyyəsi 40 faizdən artıqdır.Onların statistik göstəricilərinə görə, bu ilin yalnız birinci rübündə40 min erməni vətəndaşı Ermənistanı birdəfəlik tərk edib və onlar heçvaxt geri dönməyəcəklər. Bu da işğal siyasətinin nəticəsidir. İndi dəonlar hər yerdə şikayət edirlər ki, Azərbaycan təhlükə mənbəyidir. Bizimölkəmizin torpaqları işğal olunub, onlar bizim üçün və bütövlükdə bütünregion üçün təhlükə mənbəyidir. Onlar nə qədər tez bu siyasətingələcəyinin olmadığını başa düşsələr, - Azərbaycan heç vaxt DağlıqQarabağın müstəqilliyinə razı olmayacaq, - münaqişə həllini o qədər teztapacaq və erməni xalqı da o qədər tez firavan həyat yaşamağabaşlayacaqdır".Birləşmiş Krallıqdan cənab Flin:"Jurnalistlər Azərbaycanda yalandan ittiham olunaraq həbs ediliblər.Seçkilər saxta olub. Mən bu proseslərə cəlb olunan insanlarladanışmışam. Ona görə də Azərbaycanın bu il standartları Avropa Şurasınınsəviyyəsinə yüksəldəcəyini, yoxsa digər ölkələr üçün insan hüquqlarıüzrə standartları daha da pisləşdirmək baxımından örnək ölkə olacağınıgözləyə bilərikmi?"Dias Terida: "Ölkənizinyerləşdiyi regionda bir çox qonşularınız vardır. Mən Sizə enerjiriskləri və sabitliklə bağlı risklər barədə sual vermək istəyirəm. Çünkidüşünürəm ki, İsrail Yaxın Şərqdə olduğu kimi, Siz də öz regionunuzdamühüm rol oynayırsınız. Birbaşa gələcək üçün enerji və sabitlik riskləriilə bağlı fikrinizi öyrənmək istərdim. Gördüyünüz işlər üçün çox sağolun".Danimarkadan xanım Lokli: "CənabPrezident, Siz qeyd etdiniz ki, Azərbaycanda bütün azadlıqlar təminolunur. Lakin biz beynəlxalq mediadan bilirik ki, Azərbaycanda neçəminlərlə məcburi köçkün vardır. Bu çağırışın öhdəsindən necəgəlirsiniz?"Prezident İlham Əliyev: "Birincisualla bağlı. Verdiyiniz qısa sualda iki dəfə yalan danışdınız. Siz ikidəfə yalan dediniz və mən bunu sübut edəcəyəm. İndi isə mənə qulaq asın.Azərbaycanda jurnalistlər ittiham olunmur və 2009-cu ildən bəri heç kəsböhtana görə həbs olunmayıb. Heç bir kəs. Bu, sizin birinciyalanınızdır. İkinci yalanınız isə seçkilərin saxta olması ilə bağlıdır.Avropa Şurasının Parlament Assambleyası seçkini müşahidə etmək üçünnümayəndə heyəti göndərmişdi və çox güman ki, siz bu nümayəndə heyətinintərtib etdiyi hesabatla tanış deyilsiniz. Əgər siz hesabatla tanışdeyilsinizsə, həmkarlarınızla əlaqə saxlayın. Onlar Azərbaycandakeçirilən seçkiləri müsbət dəyərləndiriblər. Mindən çox beynəlxalqmüşahidəçi seçkilərdə iştirak etmişdir, beynəlxalq təşkilatlartərəfindən bir neçə exit-poll keçirilib. Bütün bu təşkilatlar seçkilərinrəsmi nəticələrini dəstəkləyib. Beləliklə, onların da verdiyi qiymətfərqli olmayıb. Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətigöndərmişdi və onların tərtib etdiyi hesabat müsbət olub. O hesabatburada tərtib olunub. Avropa Parlamenti nümayəndə heyəti göndərmişdi,hesabat müsbət olmuşdur. ATƏT-in Parlament Assambleyası da nümayəndəheyəti göndərmişdi, bu da müsbət nəticə vermişdir. Niyə görə siz buradayalan danışırsınız? Seçkilər azad və ədalətli idi və seçkilərinnəticələri burada bu təşkilat tərəfindən təsdiq olunub. Ola bilsin ki,bu vəziyyət sizin ölkənizdə baş verir.Enerji təhlükəsizliyi iləbağlı məsələyə gəldikdə, Azərbaycan enerji təhlükəsizliyinə töhfə verənölkə kimi öz rolunu oynayır. Bu gün mən bu məsələni qaldırmadım, çünkidiskussiyalara daha çox vaxt ayrılmasını istəyirdim. Lakin enerjitəhlükəsizliyi tərəfimizdən ciddi nəzərdən keçirilən bir məsələdir.Faktiki olaraq biz Azərbaycan üçün tam enerji təhlükəsizliyi səviyyəsinənail olmuşuq. Çünki neft və qaz ehtiyatlarımız üçün şaxələndirilmiştəchizat marşrutumuz vardır. Biz indi bəzi Avropa ölkələrinin enerjitəhlükəsizliyinin təmin olunmasına kömək etməyə çalışırıq. Bu günParlament Assambleyasının üzvü olan bəzi ölkələr neftin 40 faiziniAzərbaycandan əldə edirlər. İndi isə biz böyük qazpaylama və nəqliyyatlayihəsini işə salırıq. Bu layihə Azərbaycanın Avropaya qaz ixracetməsinə imkan yaradacaqdır. Fikrimcə, sualınızda da düzgün qeydetdiyiniz kimi, enerji təhlükəsizliyi, siyasi təhlükəsizlik və sabitlikbirgə həll olunmalı məsələlərdir. Ona görə də Avropada hazırda icraedilən və ümumi sərmayə dəyəri ən azı 45 milyard avro olan ən böyükinfrastruktur layihəsi hesab edilən yeni qaz infrastruktur layihəsiAzərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi ən böyük töhfəolacaqdır.Danimarka nümayəndəsinin verdiyi növbəti sualagəldikdə siz məcburi köçkünlər məsələsinə toxundunuz. Əgər düz başadüşdümsə siz Ermənistanın işğalından əziyyət çəkən insanları nəzərdətutursunuz? Bu, belədir?"

Xanım Lokli: "Bir çox məcburi köçkünlər vardır".Prezident İlham Əliyev:"Bizdə olan qaçqın və məcburi köçkünlərin ümumi sayı milyondanartıqdır. Bunların 250 mini Ermənistandan qovulan azərbaycanlılardır,700 min azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulub.Bizdə, həmçinin digər ölkələrdə gedən müharibələrin qurbanı olan vəölkəmizə gələn qaçqınlarımız vardır. Bu insanların yaşayış şəraitiniyaxşılaşdırmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Lakin sizin dəbildiyiniz kimi, bu, çoxlu vaxt və maliyyə vəsaiti tələb edir. Hər ilbiz 20 mindən çox məcburi köçkünü yerləşdiririk. Biz 82 qəsəbə tikmişikvə artıq 40 min ailə mənzil və evlərlə təmin olunub. Amma bütün buinsanların ehtiyaclarını təmin etmək üçün bizə əlbəttə ki, əlavə vaxt vəvəsait lazım olacaqdır".Gürcüstan nümayəndəsi cənab Caparidze:"Cənab Prezident, Azərbaycana uğurlu və məhsuldar sədrlik arzu edirəm.Siz münaqişələr barədə danışdınız və bildiyiniz kimi, Gürcüstan da eyniproblemləri yaşayır. Siz iqtisadi inkişaf barədə də danışdınız. Bunagörə də mən Sizə regional əməkdaşlıqla bağlı sual ünvanlamaq istəyirəm.Çünki Azərbaycan Gürcüstan və Türkiyə ilə birlikdə bu layihələr üzrəaparıcı qüvvədir".Polşa nümayəndəsi cənab Bedro:"Cənab Prezident, yalnız kişilərdən ibarət nümayəndə heyətinizigördükdə çox təəccübləndim, kişi və qadın bərabərliyi xatirinə bu sualıvermək məcburiyyətində qaldım. Azərbaycan qlobal gender ayrı-seçkiliyiindeksinə görə 136 ölkə arasında 99-cu yeri tutur. Gender bərabərliyiilə bağlı bu, çox dəhşətli mövqedir. Buna görə bilmək istərdim ki,hökumətiniz kişi və qadın bərabərliyini həyata keçirmək üçün hansıaddımları atır, İstanbul konvensiyasını nə vaxt imzalayacaq vəratifikasiya edəcəkdir?"Ukrayna nümayəndəsi cənab Ariev:"Cənab Prezident, əvvəlcə GUAM-ın yenidən gücləndirilməsi ilə bağlıfikrinizi öyrənmək istərdim. Çünki bu quruma daxil olan bütün ölkələrRusiyanın işğalının qurbanı olublar. İkincisi, Avropa Şurası NazirlərKomitəsinə sədrlik edən ölkənin Prezidenti kimi Rusiyanın qadağasıucbatından Krıma qayıda bilməyən Krım tatarlarının lideri MustafaCəmiloğluna bu məsələdə kömək edə bilərsinizmi?"Prezident İlham Əliyev:"Cənab Caparidze tərəfindən verilən sualla bağlı onu qeyd edə bilərəmki, enerji və nəqliyyat üzrə Azərbaycan, Gürcüstan və Türkiyə arasındakıüçtərəfli əməkdaşlıq artıq regionumuzda çox ciddi geosiyasidəyişikliklə nəticələnib. Çünki keçən ay ilk dəfə üç ölkənin dövlətbaşçıları səviyyəsində Tbilisidə sammit keçirilib. Bu üç ölkə arasındasiyasi, iqtisadi və enerji sahəsində əməkdaşlıq təkcə bizim üçün vacibdeyil, həm də region üçün önəmlidir. Çünki biz birlikdə, xüsusilə enerjitəhlükəsizliyinə aid məsələlərlə bağlı sabitləşdirici rol oynayırıq.Birincigeosiyasi dəyişiklik ilk dəfə Xəzər dənizini Aralıq dənizi iləbirləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi idi. İndiisə biz TANAP-Trans-Anadolu, Cənubi Qafqaz və TAP-Trans-Adriatik qazkəməri layihələrini həyata keçiririk. TAP Bakıdan başlayaraq Gürcüstan,Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan və bir çox ölkələriəhatə edəcəkdir. Biz, həmçinin çox önəmli Bakı-Tbilisi-Qars dəmir yolulayihəsini də həyata keçiririk. Bu, bizim ölkələrimizin ərazisindənAsiyanı Avropa ilə birləşdirən dəmir yolu xətti olacaqdır. Əlbəttə ki,regionda vəziyyətin uğurlu inkişafı üçün ölkələrimizdə sabitlik əsasilkin şərtdir. Ona görə də biz Gürcüstan və Türkiyə ilə ikitərəfliəlaqələrimizi yüksək qiymətləndiririk və bu əməkdaşlığı fəal inkişafetdirməkdə davam edəcəyik.Azərbaycanda gender sahəsindəbərabərliyin olmaması ilə bağlı ittiham eşitmək çox qəribədir.Azərbaycan böyük ənənələrə malik olan ölkədir. 1918-ci ildə AzərbaycanDemokratik Respublikası yaradılanda ilk fərmanlardan biri qadınlaraseçkilərdə iştirak etmək hüququnun verilməsi ilə bağlı idi və ola bilsinki, bu, sizin ölkənizdən daha tez Azərbaycanda olub. Bu gün Azərbaycanqadınları eyni hüquq və imtiyazlardan faydalanırlar. Onlar ölkəmizinictimai-siyasi həyatında fəal iştirak edirlər. Mən istəməzdim ki, sizməni müşayiət edən nümayəndə heyətini yalnız kişilərdən ibarət hesabedəsiniz. Burada Azərbaycanın nümayəndələri, məşhur qadınparlamentariləri əyləşiblər. Onlar özlərini göstərə bilərlər, siz bunugörə bilirsiniz və bizdə heç bir məhdudiyyət yoxdur. Biz heç vaxt mənimnümayəndə heyətimdə neçə nəfər kişinin və neçə nəfər qadının təmsilolunması məsələsini nəzərdən də keçirməmişik. Çünki onlar bərabərdirlərvə bərabər hüquqlardan faydalanırlar.Gender bərabərliyinəgəldikdə, siz yəqin bilirsiniz ki, Azərbaycan gender bərabərliyi iləbağlı qanun və Ailə Məcəlləsini qəbul edib. Biz hazırda İstanbulkonvensiyasını nəzərdən keçiririk. Buna qarşı bizim heç bir etirazımızyoxdur. Bakıya gələndə siz qadınların eyni hüquqlara malik olmasınıözünüz görəcəksiniz. Bu, çox sevindirici haldır.

GUAM-la bağlıdeyə bilərəm ki, GUAM-ın fəallığı və ya passivliyi əsasən Ukraynanınmövqeyindən asılı idi. Çünki bu əməkdaşlıq formatındakı təcrübəmə əsasəndeyə bilərəm ki, artıq bir neçə dəfə Ukrayna hökuməti ya GUAM-ınlehinə, ya da əleyhinə idi. Buna görə də bizim və əminəm ki, gürcüstanlıvə moldovalı həmkarlarımız üçün bu qurumun inkişafı üzrə uzunmüddətlistrategiyanı planlaşdırmaq çox çətindir. Çünki qurumun fəaliyyəti və yafəaliyyətsizliyi əsasən əvvəllər hökumətinizin siyasi quruluşundan asılıidi. Buna görə də GUAM-ın əvvəllərdəki kimi, fəal olması üçünUkraynadan müsbət siqnallar gözləyəcəyik".
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM