İlhamə Qasımova: "Eurovision" favoritim var" - MÜSAHİBƏ

17:26 | 03.02.2014
İlhamə Qasımova: "Eurovision" favoritim var" - MÜSAHİBƏ

İlhamə Qasımova: "Eurovision" favoritim var" - MÜSAHİBƏ

Beynəlxalq vokal layihə olan "Böyük səhnə"nin kastinq münsiflər heyətinin üzvü, müğənni İlhamə Qasımova ANN.Az-a müsahibə verib. Bu layihə çərçivəsində qalib olacaq şəxs Azərbaycanı "Eurovision-2014" müsabiqəsində təmsil edəcək.

- Siz də bir vaxtlar Azərbaycan televiziyasında musiqi müsabiqələrindən birində iştirak etmiş və qalib gəlmişdiniz. Amma münsiflər heyətinin üzvü rolunda, səhv etmirəmsə, sizin ilk təcrübənizdir. Yeni ampluada özünüzü necə hiss edirsiniz?

- Bundan əvvəl mən türkdilli ölkələrin müsabiqəsi olan “Asiavision”un münsiflər heyəti tərkibində, Azərin və Burak Kut kimi məşhur müğənnilərlə birgə iştirak etmişəm. Həmçinin, “Turkvision” müsabiqəsinin münsiflər heyətinin üzvü idim. Yəni, bu, münsiflər heyətinin üzvü qismində ilk təcrübəm deyil.Əslində, münsif üzvü kimi, nə birinci, nə də ikinci dəfədə  mənə çətin olmadı. Səhnədə dayanmaq daha mürəkkəbdir. Bir tərəfdən, yarışda iştirak edənlərə rəhm edirdim, digər tərəfdən çox böyük məsuliyyət hiss edirdim. Çünki biz yalnız "Böyük səhnə" layihəsinin iştirakçılarını seçmirik, həm də "Eurovision"da ölkəmizi təmsil edəcək iddiaçıları seçirik.

- Kastinqlərin gedişatında siz bəzən tamaşaçıları və münsiflər heyətinin digər üzvlərini öz ballarınızla təəccübləndirirdiniz. Siz sonda əyləşmişdiniz və hətta bir dəfə açıq-aydın hesabladınız ki, bir iştirakçının iddiaçılar sırasına düşməsi üçün nə qədər bal qoymalısınız. Bu, onunla bağlıdırmı ki, özünüz də müsabiqələrdə iştirak etmisiniz və ona görə də iştirakçıların çəkdikləri həyəcanlara yaxşı bələdsiniz?

- Bu, 100 fazi elədir. Əminəm ki, əgər insanda potensial varsa, ona şans vermək lazımdır. Özü də bu, son mərhələ deyildi. Biz, əvvəlcə iddiaçıları seçirdik, sonra iştirakçıları.Münsiflər heyətinin başqa üzvlərini deyə bilmərəm, şəxsən mən ifaçının çıxışından daha çox, onun potensialını qiymətləndirirəm. Meyarlarım – müasir estrada səhnəsi tələblərinə uyğunluq, səsin tembri, xarici görünüşdür. Və əgər mən kastinq iştirakçısının kifayət qədər potensiala malik olduğunu görürdümsə,  onun haradasa xaric oxuması məni maraqlandırmırdı. Kiçik çatışmazlıqları düzəltmək asandır. Əgər ifaçı düzgün ifa etməyi bacarırsa, səsi varsa, bu, mənim üçün kifayətdir.Kolleqalarım olan münsiflər heyətinin üzvləri hətta zarafatla mənə deyirdilər ki, "hə, öz "onluğunu" qoy, sən bizim aramızda ən səxavətlisisən". Məsələ bunda deyil. İstedadlı və perspektivli uşaqlara bacardığım qədər kömək etmək istəyirdim.

- Zəhmət olmasa, kadrarxası məqamlardan danışın. Qərarları necə qəbul edirdiniz, münsiflər heyətinin arasında fikir ayrılıqları olurdumu?

- Əlbəttə, fikir ayrılıqları olurdu. Məsələn, Ləman Dadaşova adlı qız mənim çox xoşuma gəldi, onun səs var idi. Həmçinin Saleh də məni dəstəklədi, amma münsiflər heyətinin başqa üzvləri bizimlə razılaşmadıqlarına görə, o, keçmədi. Daha bir gənc oğlan var idi – Asəf, o da keçmədi. O, dostlarımın çox xoşuna gəlmişdi, hətta onlar onun albomunun olub-olmamasıyla maraqlanırdılar. Fikrimcə, Asəf artıq formalaşmış müğənnidir, onu yönəltməyə ehtiyac yoxdur, çünki öz ifa üslubu var. Amma, nə də olmasa, biz kollektiv qərar qəbul etməli idik – yekunda bizim bütün fikirlərimiz 80 fazi üst-üstə düşdü. Bu, əladır.Bəzi iştirakçılar müsabiqənin formatına uyğun gəlmədilər. Ancaq, hesab edirəm ki, müasir tendensiyalarla yanaşı, öz folklorunu da sevmək lazımdır. Biz kim olduğumuzu bilməliyik və öz mədəniyyətimizi, musiqimizi qoruyub saxlamalıyıq, zamanla ayaqlaşmalıyıq. Bunlardan biri digərinə mane olmur. Düşünmürəm ki, 20-30 ildən sonra öz dövrümdə olanların daha yaxşı olmasını təkid edəcəyəm. Hər halda, mən çoxlu istedadlı uşaqlar gördüyümə sevindim. İstərdim ki, onlar bu il də olmasa, yaxın gələcəkdə bizim səhnəmizdə olsunlar.

- Siz – Avropa musiqi bazarında müvəffəqiyyət qazanmış sənətçilərimizdənsiniz. Sizcə, əcnəbi tamaşaçının könlünü fəth etmək üçün müasir Azərbaycan ifaçısına nə lazımdır?

- Avropanı təəccübləndirmək çox çətindir. Müasir qərb musiqi sənayesi hələ Maykl Ceksondan başladı. Madonna kimi sənətkarlar 50 ildən çoxdur ulduzdurlar və bu günə kimi tamaşaçını təəccübləndirməyə davam edirlər. Əgər biz onları yamsılayacağıqsa, onda saxta görünəcəyik.Yaxşı musiqi, gözəl mahnı, ən vacib – keyfiyyətli reklam kampaniyası olmalıdır. Əgər sənin reklam kampaniyan yoxdursa, onda nə qədər istedadlı olsan da, bütün həyatı boyu gözləyə bilərsən ki, kimsə təsadüfən YouTube-da sənin çarxına baxacaq, onun xoşuna gələcək və ya sən 100 milyon baxış yığacaqsan,  məşhur olacaqsan. Keyfiyyətli reklam üçün yaxşı prodüser lazımlıdır, ifaçının təxminən 40 faiz müvəffəqiyyəti ondan asılıdır, o, mahnıya uyğun ideya tapır.Bayağıdır, amma qərb musiqi bazarında məşhur olmaq üçün ən vacib məsələ – sponsordur, ikincisi – yaxşı prodüser və əlbəttə, istedad.

- Seçilmiş iştirakçılar arasında sizin öz favoritləriniz varmı?

- Əlbəttə var, amma mən hələ onların adlarını çəkmək istəməzdim. Layihələrin seçilmiş iştirakçıları arasında 9-10 ifaçı var və bizim hamınız üçün favorit ola bilərlər. Onlardan hər biri əla çıxış etməyə və lazımi səviyyədə bizim ölkəmizi istənilən səhnədə tərənnüm etməyə qadirdilər.

Nərminə Əli

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM