İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi

13:00 | 11.12.2017
İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi

İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi

Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu, barəsində cinayət işi başlanılmış Orxan Nadirov azadlığa buraxılıb.

Anews.az Report-a istinadən xəbər verir ki, onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti