ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, ötən ilin bombardiri tituluna iki futbolçu şərik çıxıb.
Dünyanın 60 ən güclü çempionatının məhsuldar oyunçular siyahısına "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo və "Barselona"nın forvardı Luis Suares başçılıq edir. Hər iki futbolçu ötən il 31 qol vurub. Lakin uruqvaylı futbolçu bu qolların əksəriyyətinə sabiq komandası "Liverpul"da imza atıb.
Hollandiyanın "Herenven" klubunun keçmiş futbolçusu Alfred Finboqason isə 29 qolla siyahıda üçüncü olub. "Barselona"nın hücumçusu Lionel Messi isə ötən il vurduğu 27 qolla 5-ci pillədə qərarlaşıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !