İlin ən çox qazanan müğənniləri - SİYAHI

14:44 | 21.11.2013
İlin ən çox qazanan müğənniləri - SİYAHI

İlin ən çox qazanan müğənniləri - SİYAHI

"Forbes" jurnalı ilin ən çox qazanan müğənnilərinin adını açıqlayıb.Axşam.az xəbər verir ki, siyahıya Madonna başçılıq edir.O, 2013-cü ildə 125 milyon dollar əldə edib. 55 yaşlı sənətçi bu məbləğin böyük hissəsini MDNA albomunun tanıtımı üçün keçirdiyi dünya turundan qazanıb. İkinci sırada 80 milyon dollarla Ledi Qaqa qərarlaşıb. Səhhətindəki problemlər müğənnini daha çox qazanmaq imkanından məhrum edib. Məşhur musiqiçi Con Bon Covi isə sərvətini 79 milyon dollar artıra bilib. İlk onluqda yer alan digər sənətçilər bunlardır:Tobi Kit - 65 milyon dollar"Koldpley" rok qrupu - 64 milyon dollarCastin Biber - 58 milyon dollarTeylor Svift - 55 milyon dollarElton Con - 54 milyon dollarBeyons - 53 milyon dollarKenni Çesni - 53 milyon dollarANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM