İlin ən çox qazanan müğənnisi seçildi

10:55 | 12.12.2013
İlin ən çox qazanan müğənnisi seçildi

İlin ən çox qazanan müğənnisi seçildi

Madonna Forbes jurnalı tərəfindən təşkil edilmiş ən yüksək maaşlı müğənnilərin illik reytinqinə başçılıq etdi. ANS PRESS-in məlumatına görə, dərginin hesabına əsasən Madonna 2012-ci ilin may ayından 2013-cü ilin iyun ayına qədər 125 million dollar gəlir qazanıb. Müğənninin əsas gəlir mənbəyi MDNA dünya turundan olub, eləcə də “Material Girl” geyim kolleksiyası və qadın parfumu əlavə qazanc təşkil edib. 2012-ci ilin analoji reytinqində isə sənətçi doqquzuncu idi.İkinci yerdə isə bir il ərzində 80 milyon dollar qazanmış Qaqa yerləşdi. Ledinin “Born This Way Ball” adlı qastrol turu əsas gəlir mənbəyi olub. “Forbes” miqdarı hesablayarkən sənətçinin noyabr ayında satışa buraxılmış “ARTPOP” albomunundan gələn gəlirini hesab etməyiblər.Xatırladaq ki, daha əvvəl Madonna və Ledi Qaqa ən yüksək maaşlı musiqiçilərin reytinqində birinci və ikinci yerdə dayanıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb