ANN.Az fins.az-a istinadən məlumatına görə, Ukrayna qrivnası ilin ən ucuz valyutası olub. Siyahı tərtib olunanda milli valyutaların ABŞ dollarına olan məzənnəsinin dəyişməsi həddi əsas götürülüb.
İlk yeri tutan Ukrayna qrivnası 2014-cü ilin 11 ayında dollara münasibətdə dəyərini 46% itirib. Qrivna noyabrda 14% ucuzlaşıb.
İlin ən çox ucuzlaşan ikinci valyutası olan rus rublu dəyərini 39% itirib. Rubl ötən ay dollara nisbətən 19% ucuzlaşıb.
Norveç və Qazaxıstanın milli valyutalarının "zəif” valyutalar arasında olması xüsusilə diqqəti çəkib. 8-ci yeri bölüşən Qazaxıstan təngəsi il ərzində 15%, 15-ci olan Norveç kronu isə 13% ucuzlaşıb.
Məlumat üçün bildirək ki, Azərbaycan manatının dollara olan məzənnəsi il ərzində demək olar ki, sabit qalıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !