Bu gündən etibarən Azərbaycanda ilin ən uzun iş həftəsi başlayıb. Oxu.Az xəbər verir ki, bu ilin dekabrın 31-dən gələn il yanvarın 6-na qədər qeyri-iş günü olacaq. Bu, Nazirlər Kabinetinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qəbul etdiyi qərarda əksini tapıb.Qərara əsasən, şənbə və bazar günlərinə təsadüf edən 28 və 29 dekabr iş günləri olacaq. Başqa sözlə, 3 və 6 yanvar tarixləri müvafiq olaraq şənbə (28 dekabr) və bazar (29 dekabr) günləri ilə dəyişdirilib.Bununla da yanvarın 7-si 2014-cü ilin ilk iş günü olacaq.Bununla belə, istirahətdən əvvəl daha çox işləməli olacağıq. Hazırkı həftədə başqa vaxtdakı kimi 5 və ya 6 gün deyil, 8 gün işləyəcəyik.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !