Bu gün FİFA ilin ən yaxşılarını mükafatlandırıb.
Yenicag.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən tədbirdə ilin ən yaxşı futbolçusu da müəyyənləşib.
Lionel Messi və Neymarı qabaqlayan Kriştiano Ronaldo 2017-ci ilin ən yaxşı kişi futbolçusu seçilib.
Qeyd edək ki, Ronaldo cari ildə "Real”ın heyətində İspaniya çempionatı, Çempionlar Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.
Potuqaliyalı futbolçu 13 oyuna 12 qol vurmaqla Çempionlar Liqası – 2016/17-nin ən yaxşı bombardiri hesab edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !