İlin ən yaxşı smartfonu hansıdır?

20:22 | 21.09.2015
İlin ən yaxşı smartfonu hansıdır?

İlin ən yaxşı smartfonu hansıdır?


«Sky News» nəşri yazır ki, «Samsung Galaxy S6 Edge» smartfonu «T3» texnologiya sərgisi çərçivəsində "İlin smartfonu" mükafatına layiq görülüb.
  
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, «iPhone 6», «Sony Xperia Z3 Compact», «LG's G4» və «HTC One M9» qabaqcıl qurğuları tərəfindən rəqabətə baxmayaraq «Samsung»un qurğusu öz nominasiyasında qalib gələ bilib. Eyni zamanda «Apple» korporasiyası sərgidə 4 mükafat qazanıb.
  
«Apple Watch» «ağıllı» saatları ilin ən yaxşı cihazı və ən yaxşı daşınan qurğusu mükafatlarına layiq görülüb. «iPad Air 2» "İlin ən yaxşı planşeti" nominasiyasında qalib gəlib. Həmçinin "Apple” ilin ən yaxşı brendi adına layiq görülüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM