İlin qadını seçildi

21:15 | 03.02.2014
İlin qadını seçildi

İlin qadını seçildi

Angela Merkel "İlin qadını" seçilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Almaniyanın kansleri yenidən "Forbes Woman"ın hesablamalarına görə bu ada layiq görülüb. Reytinqin tərtibçiləri onu Avropa Birliyinin "dəmir xanımı" adlandırıblar. Mütəxəssislər bu ünvanı Merkelin çiyinlərində avronun sabitliyi üçün məsuliyyət daşıdığını əsas gətirərək veriblər. Almaniya kansleri Angela Merkel Almaniya tarixində bu postu tutan ilk qadındır və üçüncü dəfə həmin vəzifəyə seçilib. Xatırladaq ki, Merkel dördüncü dəfə ardıcıl olaraq dünyanın ən nüfuzlu qadınları siyahısına liderlik edib. Siyahıda yer alan digər məşhurların arasında isə "General Motors"un rəhbəri Meri Barra, Ancelina Coli, müğənni Ruslana Lıjicko, "RİA Novosti"nin baş redaktoru Svetlana Mironyuk, Rusiyanın keçmiş birinci xanımı Ludmila Putina və sairələri var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM