İlin sonuna Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faiz, mənzil bazarında isə 15-16 faiz artacaq. Bunu "Trend"-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, cari ilin əvvəlindən paytaxtda daşınmaz əmlakın qiymətləri 4,12 faiz, mənzilin qiymətləri isə 15 faiz artıb.
N.İbrahimov qeyd edib ki, iyulda daşınmaz əmlak bazarında qiymətlər 2,06 faiz, mənzil bazarında isə 3,03 faiz azalıb.
Onun sözlərinə görə, ötən illə müqayisədə qiymətlər xeyli artıb, bununla əlaqədar alıcılar, demək olar, bazarı tərk ediblər: "Buna görə də bazarın fəallığı çox aşağı düşüb ki, bu da öz növbəsində mənzilin qiymətlərinin azalmasına səbəb olub".
N.İbrahimov əlavə edib ki, qiymətlərin azalması, həmçinin ilkin və təkrar bazarlarda, müvafiq olaraq, 5,7 faiz və 1,43 faiz təşkil edib.
Ekspert bildirib ki, payızda Bakıda daşınmaz əmlakın qiymətlərinin 3-4 faiz artması gözlənilir.
ANN.Az