İlin sonunda Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

13:12 | 25.05.2023
İlin sonunda Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

İlin sonunda Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

2023-cü ilin sonunda Şuşaya ilkin olaraq 1500 sakinin köçürülməsi planlaşdırılır. Report bu barədə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyevə istinadan yazıb. 

"Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb", - Quliyev mayın 25-də Şuşada keçirilən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib.
 
Nümayəndə rəsmisi vurğulayıb ki, Şuşada hazırda təhsil ocağı, xəstəxananın və poçt binasının tikintisi davam edir.
 
Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olunub.
 
Şuşa 1930-cu ildə inzibati rayon statusu alıb. Mərkəzi Şuşa şəhəridir. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir. Şəhər Cənubi Qafqazda yerləşən Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Xankəndi şəhərinə gedən Laçın dəhlizi də buradan keçir.

289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Həmin dövrdə Şuşanın 24 min nəfər əhalisi olub.
 
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb.

Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM