Çilinin yeni prezidenti məlum oldu

09:35 | 16.12.2013
Çilinin yeni prezidenti məlum oldu

Çilinin yeni prezidenti məlum oldu

Çilidə prezident seçkilərinin ilkin nəticələri məlum olub. ANS PRESS-in “interfax”a istinadən verdiyi məlumata görə, bülletenlərin 98%-nin nəticələrinə görə səslərin 62,2 %-ni solçu namizəd Mişel Baçelat qazanıb. “Çili naminə Alyans”ın lideri isə son nəticələrə görə 37,79% səs toplayıb. Artıq ölkənin hazırkı prezidenti Sebastyan Pinera yeni seçilmiş prezidernti təbrik edib.Yeni prezident bir sıra islahatlar keçirəcəyini, təhsili pulsuz edəcəyini, həmçinin səhiyyə sahəsində və təqaüdçülərin vəziyyətinin yaxşılaşdırılması üçün işlər görəcəyini, konstitusiyada bir sıra dəyişikliklər edəcəyini bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM