• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

İlisunun üzük qaşı, min illərdən gələn sirli ad - Ram Ramay şəlaləsi

İlisunun üzük qaşı, min illərdən gələn sirli ad - Ram Ramay şəlaləsi
29.05.2020 06:50
Öz keçmişi, 300 illik sultanlıq tarixi, gözəl təbiəti və dünyanın hər yerinə səpələnmiş ziyalıları-alimləri ilə tanınan İlisunun digər tarixi məziyyəti qədim türk –oğuz, Dədə Qorqud dilinin qoruyub saxlamasıdır. 

Bu özəllik İlisu şivəsinin fonetik, morfoloji və leksik xüsusiyətlərində özünü biruzə verir. İlisu şivəsinin lüğət tərkibində, eləcə də toponim, məhəllə, tabun və coğrafi adlarda türk mənşəli sözlər üstünlük təşkil edir. Onlardan bəzilərini göstərmək kifayət edər ki, fikrimizin doğruluğu sübut olunsun.

Qaradolaq məhəlləsi, Quşlar məhəlləsi, Yezli dağı, Əltürgən dağı, Başarmax, Vidir, İnisi, Kura, Xatınşı, Ağlaq, Quşqun kimi sözlər bu şivənin orijinallığını göstərir.

İlisuda həm də öz füsunkar gözəlliyi, maraqlı və sirli adı ilə diqqət çəkən bir hidronim mövcuddur: Ram Ramay şəlaləsi.

İlisuya gələnlər bu şəlaləni görmədən geri dönmür. Hər tərəfdən dağlarla əhatə olunmuş, kanyonu xatırladan dərənin sonunda yerləşən Ram Ramay gələnləri öz möhtəşəm gözəlliyi ilə heyran edir. Bu şəlalə haqqında çox yazılsa da, adının mənası haqqında demək olar ki, heç bir informasiya yoxdur. Heç bir rəsmi ədəbiyyatda bu adın etimologiyası barəsində məlumat verilməyib. Yerli əhalə arasında belə Ram Ramayın nə demək olduğu haqqında konkret fikir mövcud deyil. Tək bilinən odur ki, kənd əhalisi bu dərəni Qoma, suyunu da Qomanın su adlandırır. Məhz, Qoma sözünün özü də əslində ayrıca bir müzakirə mövzusudur.

Şəlalənin adında diqqət çəkən əsas söz Ramdır. "Azərbaycan Toponimləri" ensiklopedik lüğətində bu söz kökünə malik yeganə toponim Ramanadır. Onun izahı da dərin araşdırma aparılmadan üç formada izah olunur:

1. Rama - fars dilindəki xalq qoşunu, qeyri-nizami qoşun sözü olub, –na şəkilçisi ilə "qoşun yeri” mənası verir.

2. Rəmə - kələ-kötür yer, çala-çuxur sözündən əmələ gəlib.

3. Roma kəndi - mənası verməsi. I əsrdə burada romalıların hərbi düşərgəsi olmuşdur.

Göstərilən bu faktlardan yalnız ikincisi az-çox Ram Ramay şəlaləsinin adını izah edə bilir. Ancaq şəlalə adında Ram sözünün iki dəfə təkrar olunması yenə də RƏMƏ sözü ilə bağlılığına kölgə salmış olur.

Ram və ya Ram Ramay sözü əslində qədim sanskrit dilində istifadə olunan bir çox terminlərə daha yaxındır. Məsələn, qədim sanskrit eposu olan Ramayana, hind mifologiyasında populyar şahzadə Rama. Diqqət çəkən məqamlardan biri də odur ki, induizmdə, buddizmdə və canizimdə populyar olan müqəddəs mahnılardan –mantralardan birinin adı Om Ram Ramayadır.

Məhz, bu mantra gizlin enerji mənbəyi rolunu oynayır.

Bundan başqa dünyanın bir çox yerlərində Ram toponimi mövcuddur: İsraildə Ram gölü və dağı, Şotlandiyada Ram adası.

Əlavə olaraq onu da demək lazımdır ki, sözün kökündə olan Ra şəkilçisi də qədim tarixə malik bir sözdür: Ra-misirlilərin günəş allahı, Ra-Volqa çayının qədim adı, Ra-qədim Tibet xalqlarından birinin adı.

Digər maraqlı məqam isə Qədim Misirdə Ra adlı Günəş allahının olmasıdır. Sonradan Amonla eyniləşdirilmişdir və "Amon-Ra" adlandırılmışdır.

Daha diqqət çəkən məqamlardan biri də, qədim Skandinaviya folklorunda yeddi Ra (Rå) mövcuddur. Məhz, onlar konkret ərazinin, relyefin qoruyucusu, sahibi, tanrısı hesab olunur. Meşənin, gölün, dənizin, dağın, çayın, qayanın öz Ra-sı mövcuddur. Məsələn: skogs-ra və ya huld-ra (meşə qoruyucusu), sjo-ra (göl qoruyucusu), havs-ra (şor su hövzəsi qoruyucusu), Bergs-ra (dağ qoruyucusu).

Bütün bunlardan çıxış edərək söyləmək olar ki, İlisudakı Ram Ramay şəlaləsinin adı ən azı, 3 min illik tarixin yadigarıdır. Əslində, bu sirli ad geniş araşdırmaya ehtiyac duyur və ümid edirəm əsl mənası yaxınlarda ortaya çıxacaq.

Namik Man-taş





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol