Avropa Kosmik Agentliyi ilk dəfə olaraq uçuş üçün dəfələrlə istifadə oluna bilən kosmik aparatı sınaqdan keçirməyə hazırlaşır.
Bu xüsusiyyətinə görə, "IXV" aparatı "kosmik təyyarə” də adlanır. Baxmayaraq ki, təyyarənin qanadları yoxdur. Yeni aparat bu gün Fransa Qvianasında Kuru kosmodromundan "Veqa” raket-daşıyıcı ilə kosmosa buraxılacaq. Layihə 150 milyon avroya başa gəlib.
ESA mühəndisləri yeni apartın gələcəkdə pilotlu kosmik təyyarələrin pioneri ola biləcəyini bildiriblər.//ANS
Bizi sosial şəbəkələrdə izləyin !