"İlk milyonu şalvar satıb qazandım" - Milyarder

16:42 | 22.09.2019

"İlk milyonu şalvar satıb qazandım" - Milyarder

Rusiyalı oliqarx Mixail Proxorov tələbəlik illərində ilk milyon rubl qazancını cins ticarəti ilə məşğul olmaqla əldə etdiyini açıqlayıb.

Virtualaz.org-un məlumatına görə, milyarder bunu "Pozner Online” saytına müsahibəsində deyib.
"İnstitutda oxuyurdum, səhərlər tezdən vağzala vaqonları boşaltmağa gedirdik. Orada xoşbəxtlikdən bizim üçün əməkdaşlıqla bağlı xüsusi bir qanun meydana gəldi. Və çox düşünmədən, yarım ildən sonra "varyonka" tipli cins ticarəti ilə məşğul olan kooperativ açdıq. Yadınızdadırsa, o vaxt "varyonka” çox dəbli cins idi. "Varyonka" növünə uyğun öz cins geyimlərimizi istehsal etdik. Beləliklə, "varyonka" istehsalından ilk milyon rubl qazandım”,- deyə rusiyalı oliqarx çox qürur duyduğunu və öz xoşbəxtçiliyinə hələ də inana bilmədiyini bildirib.
Qeyd edək ki, 2012-ci ildə Rusiyada prezidentliyə namizədliyini irəli sürən Mixail Proxorovun hazırda sərvəti 9,8 milyard ABŞ dollarıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM