İlk qar Bakıda ciddi problemlər yaratdı - FOTO

12:25 | 12.12.2013
İlk qar Bakıda ciddi problemlər yaratdı - FOTO

İlk qar Bakıda ciddi problemlər yaratdı - FOTO

Bu gün səhər saatlarından Bakıya yağan ilk qar Yasamal rayonun yüksək ərazilərində ciddi problemlərin yaranması ilə müşayiət olunub. Modern.az saytının əməkdaşının şahidi olduğu və lentə aldığı kadrlarda da bu öz əksini tapıb. Güclü küləklə müşayiət olunan qar nəticəsində rayonun bir çox ərazilərində avtomobillərin, xüsusilə marşrut avtobuslarının hərəkəti demək olar ki, dayanıb. 77, 211 saylı marşrutlar yolun sürüşkən olması səbəbindən bir neçə saat ərzində hərəkətsiz qalıblar. Bu səbəbdən şəhər mərkəzinə gələn sakinlər ciddi problemlərlə üzləşiblər. Eyni vəziyyət Bakının digər yerlərində də müşahidə edilir...ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM