Türkiyə Konstitusiya Məhkəməsi Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğun fərdi müraciətinə baxıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi İ.Başbuğ haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə onun vəkilinin aşağı məhkəmə instansiyasında qaldırdığı vəsatətə baxılmamasını fərdin azadlıq və təhlükəsizlik hüququnun pozulması kimi qiymətləndirib. “Ergenekon” işinə baxan İstanbul 13 saylı Ağır Cinayətlər Məhkəməsi İ.Başbuğ haqqında məhkəmə qərarının izah hissəsinin hələ yazılmadığını səbəb göstərərək vəkilin vəsatətini baxış üçün qəbul etməmişdi. Konstitusiya Məhkəməsinin qərarı 13 saylı məhkəməyə göndərildikdən sonra bu instansiya İ.Başbuğun vəkilinin vəsatətinə baxmaq məcburiyyətindədir. Sabiq ordu rəhbərinin azadlığa buraxılıb-buraxılmayacağına 13 saylı məhkəmə qərar verəcək. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !