İlkin nəticələr açıqlandı - İlham Əliyev 92,05% səs toplayıb - Yenilənib

03:00 | 08.02.2024
İlkin nəticələr açıqlandı - İlham Əliyev 92,05% səs toplayıb - Yenilənib

İlkin nəticələr açıqlandı - İlham Əliyev 92,05% səs toplayıb - Yenilənib

Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderdir.
 
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, məntəqələrin 93,3 faizi nəticəsini elan edib.

Nəticələrə görə,  Zahid Oruc 2,19% şərtlə ikincilikdə yer alıb.
 
Digər namizədlər - Fazil Mustafa 2%,  Qüdrət Həsənquliyev 1,76%, Razi Nurullayev 0,8%,  Elşad Musayev 0,67%, Fuad Əliyev isə 0,53 % səs toplayıb.
 
 
23:22
Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə prezident İlham Əliyev 92,1% səslə yenidən qalib olub.  

Nəticələrə görə 2-ci yeri bitərəf namizəd Zahid Oruc 2,2% səslə qazanıb. 

Digər namizədlər Fazil Mustafa 1,99%, Qüdrət Həsənquliyev 1,78%, Razi Nurullayev 0,79%, Elşad Musayev 0,66%, Fuad Əliyev isə 0,48% səs toplaya bilib.
 
Məlumata görə, İlham Əliyevə 2597542, Zahid Oruca 59 719,Fazil Mustafaya 53986, Qürət Həsənquliyevə 48315, Razi Nurullayevə 21 406, Fuad Əliyevə 12 981, Elşad Musayevə 17855 seçici səs verib.

 
Aygün Mirakif
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM