"Oracle Advisory Group” -un açıqladığı ilkin exit poll nəticələrinə görə prezident İlham Əliyev 93,9% səslə yenidən qalib olub.
Exit pollun nəticələrinə görə 2-ci yeri bitərəf namizəd Zahid Oruc 1,8% səslə qazanıb.
Digər namizədlər Fazil Mustafa 1,5%, Qüdrət Həsənquliyev 1,2%, Razi Nurullayev 0,9, Elşad Musayev 0,4%, Fuad Əliyev isə 0,3% səs toplaya bilib.
Təşkilat 63 min nəfər arasında sorğu keçirib.
Sosioloji Tədqiqatlar Mərkəzi də keçirdiyi exit poll nəticələrini açıqlayıb.
Həmin nəticələrə görə, İlham Əliyev 92,4%, Zahid Oruc 2,2%, Elşad Musayev 0,8%, Fazil Mustafa 2%, Qüdrət Həsənquliyev 1,6%, Fuad Əliyev 0,3% səs yığıb. Sorguda 5016 nəfər iştirak edib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !