İlkin nəticələrə əsasən İlham Əliyev yenidən qalib olub - EXİT POLL/VIDEO

20:01 | 07.02.2024
İlkin nəticələrə əsasən İlham  Əliyev yenidən qalib olub - EXİT POLL/VIDEO

İlkin nəticələrə əsasən İlham Əliyev yenidən qalib olub - EXİT POLL/VIDEO

"Oracle Advisory Group” -un açıqladığı ilkin exit poll nəticələrinə görə prezident İlham Əliyev 93,9% səslə yenidən qalib olub. 
 
Exit pollun nəticələrinə görə 2-ci yeri bitərəf namizəd Zahid Oruc 1,8% səslə qazanıb.
 
Digər namizədlər Fazil Mustafa 1,5%, Qüdrət Həsənquliyev 1,2%, Razi Nurullayev 0,9, Elşad Musayev 0,4%, Fuad Əliyev isə 0,3% səs toplaya bilib. 
 
Təşkilat 63 min nəfər arasında sorğu keçirib.  

 
Sosioloji Tədqiqatlar Mərkəzi də keçirdiyi exit poll nəticələrini açıqlayıb. 
 
Həmin nəticələrə görə, İlham Əliyev 92,4%, Zahid Oruc 2,2%, Elşad Musayev 0,8%, Fazil Mustafa 2%, Qüdrət Həsənquliyev 1,6%, Fuad Əliyev 0,3% səs yığıb.  Sorguda 5016 nəfər iştirak edib.
 

 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM