İllər sonra Atatürklə bağlı yeni sirr açıldı - Nəşinə şprislə bu qarışım yeridilib

10:37 | 11.11.2019
İllər sonra Atatürklə bağlı yeni sirr açıldı - Nəşinə şprislə bu qarışım yeridilib

İllər sonra Atatürklə bağlı yeni sirr açıldı - Nəşinə şprislə bu qarışım yeridilib

Atatürkün vəfatının 81-ci ildönümündə yeni məlumatlar ortaya çıxıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Anıtkabir komandanlığı Atatürklə bağlı heç yerdə yayımlanmayan məlumatlardan ibarət kitab hazırlayıb. Orada Atatürkün vəfat sənədlərini 10 nəfərdən ibarət həkim qrupunun hazırladığı bildirilir. Türkiyə Cumhuriyyətinin qurucusu vəfat etdikdən sonra nəşinin qorunması üçün 200 qram formalin məhlulu, 1 qram sublimasiya, 10 qram "phenique" asidi və 1 litr suyun qarışığından hazırlanan məhlul yeridilib. İstifadə edilən məhlulun qalan hissəsinin illər sonra bilinməsi üçün 2 balaca şüşəyə doldurularaq Atatürkün məzarında qollarının altına yerləşdirilib.

Qeyd edək ki, uzun müddətdir Atatürkün cənazəsinin mumyalandığı ilə bağlı məlumatlar yayılmışdı. Həkimlərin sözlərinə görə, bəhs edilən məhlul isə mumyalamaq deyil sadəcə, cəsədin qorunması üçün tətbiq edilən prosesdir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb