"Bu müqavilə 2019-ci il aprelin 1-ə qədər qüvvədə olacaq. Həmin müddət ərzində "Wizz Air" aviaşirkəti "Silk Way"lə uçuşlarını həyata keçirəcək" - "Ground Handling Company"nin ("Silk Way Holding"in törəmə şirkəti) icraçı direktoru İlqar Ələkbərov jurnalistlərə açıqlamasında belə deyib.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Macarıstan-Polşa büdcə aviaşirkəti "Wizz Air” "Budapeşt-Bakı-Budapeşt" müntəzəm reyslərin bərpası barədə razılığa gəlib. Bu məqsədlə Wizz Air” və "Ground Handling Company” arasında reyslərə xidmət üzrə saziş imzalanıb.
ANN.Az xəbər verir ki, Azərbaycan rəsmisi bu müqavilənin daha uzun müddətli ola biləcəyini deyib: "Silk Way" aviaşirkəti bütün xidmətləri cəmləşdirib "Wizz Air"-ə təqdim edir. Sadəcə olaraq biz bütün həmin xidmətləri üzrə 2019-cu il aprelin 1-nə qədər razılığa gəlmişik".
"Budapeşt-Bakı-Budapeşt" marşrutu üzrə təyyarə biletlərinin qiymət məsələsinə toxunan Azərbaycan rəsmisi "Wizz Air"in loukost aviaşirkət olduğu üçün qiymətlərin təxminən 20-30 faiz aşağı olacağını deyib.
O, uçuşların yalnız "Air bus 320" tipli təyyarələrlə həyata keçiriləcəyini də əlavə edib.
"Wizz Air” və "Ground Handling Company” arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində "Wizz Air” şirkətinin təmsilçisi Yojef Varadi deyib ki, bir tərəfli gediş üçün biletlərin qiyməti 39,99 avro olacaq.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !