Rusiyanın qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun müttəfiqi İlya Yashin bu məsələnin islamçılarla bağlı olmasının mümkünlüyünü şübhə altında qoyur.
Nemtsovun partiyasının həmsədri olan Yashin martın 9-da özünün Twitter səhifəsində yazıb ki, müstənqiqlərin belə bir mənasız versiyası Kremli qane edir və prezident Putini "atəş xətti”, hədəfdən çıxarır.
O qeyd edib ki, tətiyi çəkən mühakimə olunacaq, qətlin sifarişçisi isə azadlıqda gəzəcək.
Martın 8-də əslən çeçen olan Zaur Dadaev və Anzor Gubashevə qarşı rəsmi ittiham irəli sürülüb.
Dadaev bu qətldə əli olmasını boynuna alıb, Gubashev isə ittihamı rədd edir.
Bundan başqa 3 nəfər şübhəli bilinir.
Onların 5-də hazırdahəbsdədir.
Prezident Vladimir Putinin sərt tənqidçilərindən olan Boris Nemtsov fevralın27-də Moskvanın mərkəzində öldürülüb.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !